Masallı Rayon Ağsaqqallar Şurasının növbəti yığıncağı keçirilib
Tarix: 25.09.2019 | Saat: 13:59:00 | E-mail | Çapa göndər


Sentyabrın 24-də Masallı Rayon Ağsaqqallar Şurasının növbəti yığıncağı keçirilib.
Yığıncağı rayon Ağsaqqallar şurasının sədri, Azərbaycan Yazıçıları və Respublika Jurnalistləri Birliklərinin üzvü, III dərəcəli «Vətənə xidmətə görə” ordenli, Dövlət Qulluğu veteranı Ələşrəf Niftiyev açıb. Yığıncaqda Masallı Rayon Ağsaqqallar Şurasının konfransı qərarlarının yerinə yetirilməsi sahəsində Mahmudavar Ərazi Ağsaqqallar Şurasının sədri Həsənağa Əliyevin hesabatı və 2019-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və kampaniyada ağsaqqallar şurasının iştirakı ilə bağlı tədbirlər planı barədə məsələlər müzakirə edilib
Çıxışlarda Mahmudavar, Bədəlan, Ərkivan qəsəbə, Güllütəpə, Qarğalıq ərazi ağsaqqallar şuralarının sədrləri Həsənağa Əliyev, Həmdulla Məmmədov, Şərafət Əzimov, Məmmədəli Əlinağıyev, Rəbbi Kərimov hər iki məsələyə münasibət bildirib, təkliflər veriblər. Mahmudavar ərazi ağsaqqallar şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyininin Masallı rayon təşkilatının Həsənağa Əliyev çıxışında göstərib ki, qloballaşan dünyada cəmiyyəti neqativ hallardan təmizləməkdə, xüsusilə gəncləri narkomaniyadan qorumaq, erkən nikahdan, ailə və qonşu münaqişələri tənzimləməkdə, təsərrüfat sahələrinə maraq oyatmaqda ağsaqqallar nümunə göstərməlidir. Eyni zamanda həyata keçirilən dövlət və el tədbirlərində ağsaqqal tövsiyələri önəmini qorumalıdır. Hansı kənddə bu meyarlar gözlənilir, orada əmin-amanlıq, insanların bir-birinə humanist münasibəti özünü göstərir. Natiq qeyd edib ki, o, öz fəaliyyətində bu meyarlara üstünlük verir.
O, bildirib ki, indiki gənclik sivil qaydalara istinad etsə də ağsaqqal sözünə, ağsaqqal məsləhətinə möhtacdır. Ərazilərdə nüfuzu, fəaliyyəti, şəxsi nümunəsi ilə işimizə kömək göstərən ziyalı ağsaqqal çoxdur və biz onlara arxalanırıq. Onlar daim xoşagəlməz olaylara qarşı mübarizə aparmalıdırlar.
Ə. Niftiyev qeyd edib ki, qarşıdakı bələdiyyə seçkiləri xalqın sabahı üçün çox vacib bir siyasi kampaniyadır. Kəndlərimizin inkişafı, adamların xoş rifahı bələdiyyələrin fəaliyyətindən asılı olduğu üçün seçkilərdə fəal iştirak etməli, eyni zamanda qurumun tərkibinə layiqli, bacarıqlıların seçilməsinə nail olmalıdır.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçıları və Respublika Jurnalistləri Birliklərinin üzvü, III dərəcəli «Vətənə xidmətə görə” ordenli, Dövlət Qulluğu veteranı Ə.Niftiyev ikinci məsələ ilə əlaqədar tövsiyələr verib."Yeni həyat".

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info