“Milli şura” Londona “demokratiya” almağa gedib
Tarix: 29.08.2013 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun, qurumun ehtiyat (dublyor) namizədi Cəmil Həsənlinin, Müsavat başqanı İsa Qəmbərin, “El” sədri Eldar Namazovun, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Londona səfərinin 5 gün çəkəcəyi haqda məlumatlar yayılıb. Kral İnstitutunun dəvəti ilə gerçəkləşən səfər çərçivəsində onların İngiltərə parlamentində, Xarici İşlər Nazirliyində, BBC-də və Article XlX təşkilatında görüşləri nəzərdə tutulur.
Proqrama əsasən, “milli şura” üzvlərinin Britaniyaya səfərini Article XlX təşkilatının əlaqələndiricisi Rebekka Vinsent təşkil edib. Şura üzvləri əvvəlcə İngiltərə XİN-də akkreditasiyadan keçəcəklər. Daha sonra onların parlamentdə baronessa Koksla görüşü olacaq. Həmin gün axşam Koksun villasında dublyor C.Həsənlinin şərəfinə ziyafət veriləcək. “Milli şura” üzvləri sonra BBC-nin qonağı olacaqlar və “Hard Talk” tok-şousunda iştirak edəcəklər. Səfərin sonunda isə Article XlX təşkilatında görüş olacaq. Görüşdə 2010-cu ildə Article XlX-un təşəbbüsü ilə yaradılmış və bir sıra QHT-lərin daxil olduğu Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun gələcək fəaliyyəti müzakirə olunacaq.

Londona “demokratiya” dalınca gedən “Azərbaycan demokratları” oradakı insanların hüquqlarının pozulması ilə maraqlanacaqlarmı? “Milli şura” üzvləri 2011-ci il hadisələrinə- nümayişlərə görə həbs olunmuş bloqqerlərlə, Snoudenin işi ilə bağlı Böyük Britaniyanın xüsusi xidmət orqanlarının təzyiqlərinə məruz qalmış “The Guardian” qəzetinin əməkdaşı Qlenn Qrinvald və onun həyat yoldaşı Miranda ilə görüşəcəklərmi? Fəaliyyəti dayandırılmış “News Of The World” nəşrinin keçmiş ofisində olacaqlarmı, bu ilin ortalarında Londonda partladılmış məscidin yerini ziyarət edəcəklərmi?
Bütün bu “yoğun” səfər proqramı kimi təqdim olunan “marafon”da “milli şura” üzvlərinin əslində hansı maraqlar naminə bu ölkəyə getdiyi hər kəsə bəllidir. Demokratiya axtarışına çıxanlar yaxşı olar ki, bu görüşlərdə Snoudenin işi ilə bağlı Böyük Britaniyanın xüsusi xidmət orqanlarının təzyiqlərinə məruz qalmış “The Guardian” qəzetinin əməkdaşı Qlenn Qrinvaldla, fəaliyyəti dayandırılmış “News Of The World” nəşri ilə bağlı, eləcə də bu ilin ortalarında Londonda partladılmış məscidlə bağlı məsələlərdən də söz açsınlar. Amma onların parlament və s. yerlərdə keçirəcəkləri görüşlərdə nəinki bu məsələlərə toxunması baş tutacaq, hətta onlar Azərbaycanın milli maraqlarına uyğun olmayan məsələləri qaldırıb yalan dolu məlumatları ortalığa qoyacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info