Bəhram Rəcəbzadə növbəti döyüşünü Düsseldorfda keçirəcək
Tarix: 25.09.2019 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Ufuk Kamal: “İdmançımıza ciddi dəstək verməyimiz zəruridir”


Məşhur Azərbaycan kiqboksçusu Bəhram Rəcəbzadə növbəti döyüşünü oktyabrın 12-da Almaniyanın Düsseldorf şəhərində keçirəcək. 95 kiloluq çəki dərəcəsində və dünyaca məşhur olan Glory kikboksinq turniri üzrə yarışan kiqboksçunun rəqibi litvalı kiqboksçu Sergey Masloboyevdir. Bu barədə Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal məlumat verib. Hazırda Kölndə Ufuk Kamalın dəstəyi ilə məşqlərini davam etdirən Bəhram Rəcəbzadə əslən Güney Azərbaycanın Urmiyə şəhərindəndir. Ufuk Kamal bildirdi ki, Azərbaycan Kiqboksinq Federasiyasının (AKF) rəhbəri, millət vəkili Adil Əliyev və AKF-nin vitse prezidenti Güloğlan Cabbarov döyüşü izləmək və idmançımızı dəstəkləmək üçün Almaniyaya gedəcək. Ufuk Kamalın sözlərinə görə, uğurları ilə fərqlənən Bəhram Rəcəbzadə həm də millətçiliyi ilə seçilir: “O həmişə Türkiyə və Azərbaycan bayraqlarını birlikdə başı üzərinə qaldırır. Bu da Türkiyə və Azərbaycanın dünyada təbliğatı baxımından effektiv addımdır. Hesab edirəm ki, Bəhrama ciddi dəstək verməliyik”. Ufuk Kamal bildirib ki, 4500 nəfərlik zalda baş tutacaq döyüşdə soydaşlarımızın daha çox olması və Bəhramı dəstəkləməsi vacibdir: “Ona görə də, burada yaşayan soydaşlarımızdan xahiş edirəm ki, döyüşün keçiriləcəyi məkana gəlsinlər və Bəhrama dəstək versinlər”.
Ufuk Kamal onu da əlavə edib ki, Bəhram Rəcəbzadənin döyüşəcəyi gündə, eyni məkanda erməni Boksçu Marat Qriqoriyan da döyüşəcək: “Görürük ki, erməni boksçuya ermənilər və erməni diasporu tərəfindən ciddi dəstək var. Ona görə bizim də fəal olmağımız zəruridir. Çalışmalıyıq ki, 4500 nəfərlik zalda daha çox erməniər yox, biz olaq”.
Xatırladaq ki, Bəhram Rəcəbzadə Bakıda “Orion” İdman Klubunun və Kiqboksinq üzrə Azərbaycan Milli Komandasının üzvüdür. Kiqboksinqin WAKO versiyası üzrə dünya çempionudur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
“Manchester United“ yeni baş məşqçisini seçdi
16.10.2019
Luis Suaresin yerinə 20 yaşlı hücumçu
16.10.2019
İspaniya AVRO-2020-yə vəsiqə qazanıb
15.10.2019
UEFA Çempionlar Liqasının finalını İstanbuldan ala bilər
15.10.2019
“Qaranlıqdan aydınlığa doğru gedirik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info