Qəbələdə çətin şəraitdə yaşayan uşaqlar üçün yeni layihə
Tarix: 26.09.2019 | Saat: 10:28:00 | E-mail | Çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı müsabiqənin Qəbələ rayonu üzrə qalibi olan “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən Qəbələ şəhərində yeni layihənin icrasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, dekabrın 31-dək davam etdirilməsi nəzərdə tutulan layihənin əsas məqsədinin bağçalara yerləşdirilməsi mümkün olan uşaqlar istisna olmaqla, 3-12 yaş arasında çətin şəraitdə yaşayan 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu uşaqlara, həmçinin gündəlik sosial və psixoloq xidmətləri də göstəriləcək.
Tədbirdə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova çıxış edərək, layihə çərçivəsində uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla, müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Rüstəmova, Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev, şəhər sakinləri Sevil Talıbova, Rəna Əbdürəhimova çıxışlarında ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıblar.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info