Azadkənddə yeni su təchizatı sisteminin qurulması layihəsinin icrası başa çatıb
Tarix: 26.09.2019 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın Ordubad rayonunun Azadkənd kəndində yeni su təchizatı sistemi istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək, Azərbaycan Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində rayonda hərtərəfli inkişafın təmin edildiyini vurğulayıb. Bildirib ki, Ordubad şəhəri və kəndlər abadlaşıb, müasir obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib, yol, elektrik, qaz, rabitə, su və digər infrastruktur sahələri yenilənib, rahat yaşayış üçün hər cür şərait yaradılıb. İş yerləri açılıb, məşğulluq təmin edilib, əhalinin rifah halı yüksəlib. Hazırda Ordubad şəhərində yeni içməli su və kanalizasiya sistemləri qurulur, yeni obyektlər inşa olunur, abadlıq işləri aparılır.

Elşad Məmmədov diqqətə çatdırıb ki, cari ilin fevral ayının 21-də Yaponiya hökumətinin dəstəyi, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin iştirakı ilə Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Ötən 7 ayda layihədə nəzərdə tutulmuş işlər başa çatdırılıb, içməli suyun kəndə verilişi təmin edilib.

Qeyd olunub ki, kənddə 208 ev, 1302 nəfər əhali var. Azadkənddə 504 şagird yerlik məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, icra nümayəndəliyi, bələdiyyə, ATS və baytarlıq məntəqəsi fəaliyyət göstərir. Bu günədək kənddə içməli su təchizatı artezian quyusu vasitəsilə həyata keçirilib.
“Bu gün Azadkənddə su təchizatı sisteminin inşası qrant layihəsi çərçivəsində başa çatdırılıb. Belə ki, çəkilmiş su xəttinin uzunluğu kaptajla birlikdə 4400 metrdir. Kaptaj Sabirkəndlə Qoşadizə kəndləri ərazisində Gilançay çayı üzərindədir. Su Azadkəndin girişindəki 400 tonluq gölə vurularaq, oradan kəndə paylanır. Kəndin ərazisində 9 supaylayıcı kran quraşdırılıb”, – deyən, Elşad Məmmədov əməkdaşlığa mühüm əhəmiyyət verildiyini bildirib.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxışında deyib ki, ölkələrimiz arasındakı əlaqələr tarixi köklərə malikdir. Belə ki, Azərbaycandan 7500 kilometr uzaqda olmasına baxmayaraq, iki ölkənin xalqları qədim İpək Yolu vasitəsilə istər ticarət, istərsə də mədəniyyət və digər sahələrdə əlaqələrini inkişaf etdirib. Ötən illərdə tarixi köklərə dayanan bu münasibətlər yeni mərhələyə yüksəlib. Təsadüfi deyil ki, 28 il bundan əvvəl müstəqillik əldə etmiş Azərbaycan Respublikasının Yaponiya ilə əlaqələrinin inkişaf tarixi 27 il təşkil edir. Ötən illər ərzində Yaponiya hökuməti “İnkişaf üçün Rəsmi Yardım”, “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı, texnoloji yardım və digər sahələri əhatə edən dəstək proqramları həyata keçirib. Bu layihələrin ümumi dəyəri 1,1 milyard ABŞ dollarını ötüb. “Ordubad rayonu, Azadkənddə su təchizatı sisteminin qurulması” layihəsi isə Yaponiya hökumətinin qədim və zəngin tarixə malik olan Naxçıvanda həyata keçirdiyi 3-cü layihədir.
Teruyuki Katori layihənin icrası nəticəsində Azadkəndin sakinlərinin yüksəkkeyfiyyətli və bol içməli su ilə təmin olunacağını vurğulayıb.
Layihəni həyata keçirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxışında ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanın bütün bölgələri abadlaşır, inkişaf edir. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası da özünün inkişaf dövrünü yaşayır. Muxtar respublikanın bütün bölgələrinə müasir yollar salınıb, inkişaf etmiş infrastruktur qurulub, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib.
Əliməmməd Nuriyev vurğulayıb ki, Azadkənddə su təchizatı sisteminin inşası layihəsi ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərin davamıdır.

Sonra su xəttinin açılışı olub.

Qeyd edək ki, “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı insan təhlükəsizliyi ideyasına əsaslanır və ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vaciblik təşkil edən sahələri (təhsil, səhiyyə, yaşayış mühiti) prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən kiçik infrastruktur layihələrini həyata keçirir. 2018-ci ilə qədər, 141 ölkə və 1 bölgəni əhatə edib.

X X X
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori muxtar respublikaya səfəri çərçivəsində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasını da ziyarət edib. Buradakı eksponatlar barədə qonağa məlumat verilib. Bildirilib ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info