Ermənilər arasında reytinqi 25 faizə düşən Paşinyan hərbi çevrilişdən qorxur
Tarix: 26.09.2019 | Saat: 14:05:00 | E-mail | Çapa göndər


«Bu gün ölkəsində hər an baş verə biləcək hərbi çevrilişdən qorxan Nikol Paşinyan ordu və hüquq-mühafizə orqanlarında olan öz generallarına belə? nəzarət edə bilmir».
Bu barədə rusiyalı ekspert, «PolitRUS» ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov AzərNews-a eksklüziv müsahibəsində bildirib: «Ermənistanın hazırkı rəhbərliyi üçün Qarabağda yeni müharibənin, məhz Azərbaycan tərəfindən başlaması çox vacibdir. Belə olan həalda, Nikol Paşinyan və onun ətrafı, ehtimal olunan plana əsasən, Azərbaycanı dünya birliyinə təcavüzkar, Ermənistanı qurban kimi təqdim edəcək. Yəni bu halda status dəyişəcək: məzlum İrəvan Azərbaycanı işğalçı bir təcavüzkar kimi tanıtmağa çalışacaq».
Maraqlıdır ki, rusiyalı ekspert haqlı olaraq, nə Dağlıq Qarabağdakı silahlı qüvvələrin, nə də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Milli Ordusu ilə bərabər şərtlərdə rəqabət apara bilməyəcəyini etiraf edir: «Vətənpərvərlikdən fərqli olaraq, rəsmi İrəvanın bu hesabla bağlı heç bir təsəvvürü yoxdur. Üstəlik, Paşinyan ordu üzərində heç bir nəzarətə malik deyil və o, hərbi çevrilişdən çox qorxur». Arkovun sözlərinə görə, bu gün Paşinyan daha çox Moskva, Paris və Vaşinqtona ümidlidir. Belə ki, İrəvanın ehtimalına görə, bu ölkələr başlanacaq hər hansı bir qarşıdurmaya dərhal reaksiya verərək, Bakıdan «təcavüzü» dayandırmağı tələb edəcəklər.
Rusiyalı ekspert qeyd edir ki, Paşinyan üçün daxili siyasətdən də daha çox önəm kəsb edən məsələ Dağlıq Qarabağda yeni müharibənin başlanmasıdır. Belə ki bu, onun xarici siyasət maraqlarının ən ümdə hissələrindən biridir: «Bu gün Ermənistanda sosial-iqtisadi vəziyyət, Paşinyanın uydurma vədlərinə zidd olaraq, durmadan pisləşir. Artıq Avropa da onun pul istəyinə məhəl qoymur, yəni dilənməyə adət etmiş İrəvanı əvvəlkilərdən fərqli olaraq əliboş qaytarır. Onlar Ermənistana verəcəkləri pul müqabilində öz şərtlərini də irəli sürürlər: İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməli , 102-ci Rusiya hərbi bazasını ölkədən çıxarmalı və Tehrana təzyiq vasitəsi kimi, ABŞ qüvvələrinin Ermənistanda yerləşdirilməsi. Maraqlıdır ki, bütün bunlar İrəvana daha çox tələb kimi irəli sürülür. Paşinyan isə bir neçə səbəbə görə bunları yerinə yetirə bilmir. Belə ki, bunlardan ən önəmlisi Paşinyanın Ermənistanın Silahlı Qüvvələrinə nəzarət edə bilməməsidir. Məsələ bundadır ki, bu gün Ermənistan ordusundakı əksər general və zabit heyətinin rusiyayönlü olmasına, nəinki Paşinyan, hətta onun ətrafının da heç bir şübhə yeri yoxdur”.

“Artıq Avropa da Paşinyanın pul istəyinə məhəl qoymur, yəni dilənməyə adət etmiş İrəvanı əvvəlkilərdən fərqli olaraq əliboş qaytarır”


Vitali Arkovun sözlərinə görə, məhz bu mənada həm hökumət və həm də parlamentdə Soros Fondunda təmizlənmiş «könüllülərə» sərt generalları dəyişdirmək heç cür mümkün deyil: «Elə bu mənada, Ermənistanın Azərbaycanla yeni Qarabağ müharibəsindəki qaçılmaz məğlubiyyəti erməni baş nazirə hərbi komandanlıq sıralarında kütləvi təmizləməyə başlamağa imkan verə bilər»
Rus ekspertə görə, hazırda Paşinyan rejimi üçün ciddi təhlükə əvvəllər Ermənistanı idarə edən qondarma suverenliyin son dayağı olan «Qarabağ klanı»dır: «Doğrudur, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan absurd ittihamlarla həbs olunsa da bu gün Ermənistanın həm özündə, həm də xaricində bu klanın nümayəndələri mövcuddur».
Arkova görə, bu gün Paşinyan və onun ətrafında cərəyan edənlər, yəni ən başlıcası əhalinin narazılığı ölkəni artıq «əks-inqilaba» sürükləyir. Ona görə də Nikola bütün bunlarla mübarizə aparmaq üçün Dağlıq Qarabağ üzərində nəzarəti əldə etmək vacibdir. Rusiyalı ekspertin fikrincə, bununla belə, rəsmi İrəvan gələn il keçiriləcək prezident və parlament seçkilərində öz kuklalarını bölgə sakinlərinə tapşıra biləcəyinə əmin deyil. «İrəvan seçkidə hansı insanların qalib gəlməli olduğunu artıq birbaşa olaraq göstərib. Özü də bütün bunlar Qərb QHT-lərindən olan müşahidəçilərin gözləri önündə baş verdi»-deyə Arkov etiraf edir.

Paşinyanın reytinqi düşməkdədir.

Maraqlı bir məqam da odur ki, erməni nəşrləri Paşinyan hakimiyyətinin ölkədəki siyasi qüvvələrin reytinqini öyrənmək üçün vaxtaşırı olaraq gizli sorğular keçirdiyi barədə məlumatlar verirlər. Belə ki, ermənilərin «Qraparak» nəşri sosial şəbəkələrdə növbəti rəy sorğusunun yekunu olaraq baş nazir Nikol Paşinyanın reytinqinin düşərək, artıq 25 faizə çatdığını bildirib. Maraqlıdır ki, nəşr bu məlumatın reallığına şübhə ilə yanaşsa da həqiqəti etiraf etmək məcburiyyətində qalıb. Hələ bir ay əvvəl Paşinyanın ermənilər arasındakı reytinqinin 45 faiz civarında olduğunu bildirən nəşr, baş nazirin ölkədəki təhlükəsizlik qüvvələri rəhbərlərini istefaya göndərdikdən sonra bunların onun reytinqindən yan keçmədiyini etiraf edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Moskvaətrafı bölgələrdə kafe və restoranların fəaliyyəti bərpa olunur
07.07.2020
Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib
07.07.2020
Paşinyan büdcə dəliklərini qanun pozucularının köməyi ilə yamamaq istəyir
07.07.2020
Rusiyada son gündə 198 nəfər koronavirusdan öldü
07.07.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 500-ü keçdi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 Asan plov -VİDEO
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info