Qəbələdə çətin şəraitdə yaşayan uşaqlar üçün yeni layihə
Tarix: 26.09.2019 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzləri xidmətinin göstərilməsi” müsabiqəsinin Qəbələ rayonu üzrə qalibi olan “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən Qəbələdə yeni layihənin həyata keçirilməsinə başlanıb. Xidmət mərkəzinin açılış mərasimini Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova açıb. Mərasimdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək dekabrın 31-dək davam etdirilməsi nəzərdə tutulan layihənin məqsədinin uşaq bağçalarına yerləşdirilməsi mümkün olan uşaqlar istisna olmaqla 3-12 yaşarası çətin şəraitdə yaşayan 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarət olduğunu bildirib. Məruzədə həmin uşaqlara gündəlik sosial və psixoloq xidməti göstəriləcəyi vurğulanıb. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova çıxışında uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcəyini qeyd edib. Rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Rüstəmova, Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev, şəhər sakinlərindən Sevil Talıbova, Rəna Əbdürəhimova və başqaları açılış mərasimində çıxış edərək uşaqlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info