Azərbaycan-Özbəkistan ədəbi əlaqələri barədə fikir mübadiləsi aparılıb
Tarix: 26.09.2019 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva ilə görüşüb. Görüşdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycandan gələn digər nümayəndələr, Özbəkistanın tanınmış yazıçı və şairləri iştirak ediblər. Siracəddin Səyyid Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğundan danışıb. O deyib ki, böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaradıb və Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Özbəkistanda Əlişir Nəvai nə qədər sevilirsə, Nizami Gəncəvi də, Məhəmməd Füzuli də, İmadəddin Nəsimi də o qədər sevilir. Daşkənddə özbək dilində çap edilən “Jaxon adabiyyati” jurnalının baş redaktoru Axmadjon Melibaev ədəbi əlaqələr sahəsindəki yeniliklərdən danışıb, jurnalın yaxın vaxtlarda çıxacaq bir nömrəsinin tam olaraq Azərbaycan ədəbiyyatına həsr edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Qənirə Paşayeva özbək xalqını və özbək ədəbiyyatını çox sevdiyini, bu xalqın şairlərini mütaliə etdiyini, onlar haqqında məqalələr yazdığını deyib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını sevinclə qarşıladığını diqqətə çatdırıb. Deputat bildirib ki, son vaxtlar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində çap etdirir və bu, təqdirəlayiq haldır. O, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Özbəkistana səfərini xatırladıb, onun son bir neçə ildə Daşkənddə üç kitabının çap edildiyini diqqətə çatdırıb. Samir Abbasov Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün gördükləri işlərdən danışıb. O bildirib ki, Mədəniyyət Mərkəzi Nizami Gəncəvinin “Xəmsə”sini Alimcon Buriyevin tərcüməsində artıq çap etdirib. Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində isə “Xəmsə”yə daxil olan dörd poema çap olunub, bir əsər çap ərəfəsindədir. Mərkəzin direktoru, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixinə dair özbək dilində 50-yə yaxın kitab çap etdirdiklərini söyləyib. “Kitob dunyasi” qəzetinin baş redaktoru, tanınmış şair Xasiyyət Rüstəm, alim və tərcüməçi Babaxan Şərif ədəbi sahədə əlaqələrin daha da yaxınlaşmasının, birgə layihələrin həyata keçirilməsinin vacibliyindən söhbət açıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info