Bakıdan Qəbələyə müntəzəm uçuşlar başlayır
Tarix: 29.08.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Qəbələ-Bakı marşrutu ilə müntəzəm uçuşlara başlayır. Uçuşlara avqustun 30-dan etibarən başlanacaq. Bakı-Qəbələ-Bakı reysləri hər həftənin V və VII günləri Bakıdan Qəbələyə saat 15:00-da, əks istiqamətdə isə 16:25-də «Embraer-170» tipli təyyarələrlə həyata keçiriləcək. Bakı-Qəbələ aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 48 manat təşkil edir. Bakıdan Qəbələyə uçuş 35 dəqiqə təşkil edir.
Qeyd edək ki, hazırda Qəbələ aeroportundan Moskvaya uçuşlar həyata keçirilir, sentyabrın 12-dən etibarən isə Sankt-Peterburq şəhərinə birbaşa aviareyslərə başlanacaq. AZAL Bakı-Gəncə-Bakı marşrutu üzrə də gündəlik uçuşlara başlayıb. Bakı-Gəncə-Bakı reysləri həftənin bütün günləri «Embraer-170» tipli təyyarələrlə həyata keçirilir. Eyni zamanda, region sərnişinlərinə daha komfortlu şərait yaratmaq məqsədi ilə AZAL həftədə 3 dəfə Gəncə-Naxçıvan-Gəncə reyslərini də həyata keçirir. Qeyd edək ki, Bakı-Gəncə aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan üzrə isə 39 manat təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info