“Miss&Mr National Azerbaijan“ ın final gecəsi
Tarix: 26.09.2019 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


ADDIM Gənclər Təşkilatının keçirdiyi ölkənin ən böyük və peşəkar yeganə gözəllik yarışması - "Miss&Mr National Azerbaijan" ın final gecəsi baş tutub.
Münsiflər heyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda "Maximum" model evinin sahibi İrina Çaxunaşvili, Moldoviyanın “Eurovision” təmsilçisi, əməkdar artisti Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıb.
Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb. Finalçılar modelyer Kübra Nuriyevanın “Etnike”, türk dizayneri Gülər Baysalın çimərlik geyimləri kolleksiyası və ukraynalı dizayner Katerina Lukashukın məxsusi olaraq yarışma üçün hazırlandığı kolleksiyaları təqdim ediblər.
Yarışmanın mükafat fondu 10 min AZN təşkil edib. Qaliblər Emil Həsənzadə və Nigar Qədirliyə ölkə xaricində xüsusi kristallarla və svarovski ilə hazırlanmış qiymətli taclar təqdim olunub.
Qeyd edək ki, digər nominasiyalarda qalib olan gənclərin beynəlxalq yarışmalarda və beynəlxalq moda həftələrində iştirakını "ADDIM” Gənclər Təşkilatı öz üzərinə götürüb.
Gecədə moldovalı müğənni Olya Tira və müğənni Zamiq Hüseynov ifaları ilə qonaqları sevindirib. Onu da əlavə edək ki, layihəni fərqləndirən nüanslardan biri də odur ki, proyekt çərçivəsində gənclərlə xüsusi test çəkimləri, modellik sənəti üzrə beynəlxalq miqyaslı peşəkarlar tərəfindən təlimlər və s. keçirilib. Gecənin aparıcıları İrəm Nəbiyeva və Fariz İlyasov olub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info