“İndi Azərbaycanı İspaniya və Fransada daha yaxşı tanıyırlar”
Tarix: 29.08.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


İsgəndər Cavadov: “Həqiqətən də, mənə və Ponomaryova “Lans” klubunun idarə heyətində yer almaq təklif olunub”

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun müsahibəsini təqdim edirik:
-Bu yaxınlarda Lans və Madrid şəhərlərində səfərdə olmusunuz. Təəssüratlarınız necədir?
- İqor Ponomaryovla birgə “Lans” və “Atletico”nun oyunlarını canlı izləmək xoş oldu. Hər iki komandanın meydana “Azerbaijan. Land of Fire” yazılmış formalarla çıxması xüsusilə xoş təsir bağışlayır. Bu klublarla əməkdaşlığı müzakirə etdik. Fikrimcə, bu layihələr bizim futbol üçün çox önəmlidir. Bu, Azərbaycan üçün böyük reklamdır. Uşaqlarımız bu klubların akademiyalarında çox şey öyrənə biləcəklər. Hafiz Məmmədovun bu yöndə apardığı işləri yüksək qiymətləndirirəm. Bu layihələr əsasında indi Azərbaycanı İspaniya və Fransada daha yaxşı tanıyırlar.
- “Lans”ın sərgilədiyi oyun xoşunuza gəldimi?
- Bəli. Fikrimcə, onlar elə bu mövsüm elitaya qayıda biləcəklər. Yaxşı heyətləri var. Lansdakı stadionda Azərbaycan bayrağını görmək də çox xoş idi. Fransızlarla ispanlar üçün futbol artıq çoxdan həyat tərzinə çevrilib. Biz isə bu sahədə hələ çox çalışmalıyıq.
-“Bakı”nın prezidentinin dediyinə görə, siz bu klubun idarə heyətində yer alacaqsınız...
- Həqiqətən də, mənə və Ponomaryova belə bir təklif olunub. Veteranların təcrübəsindən yararlanmaq düzgün qərardır. Çünki biz də Azərbaycan futbolunun inkişafında çox maraqlıyıq.
- “Bakı”nın “Atletico” və “Lans” ilə yoxlama oyunları keçirməsi gündəmdə varmı?
- Gələcəkdə bu klublarla “Bakı” arasında yoxlama oyunları keçiriləcək. Biz həmçinin veteranlar arasında oyunlar keçirməyi də müzakirə etdik. Onlar bu təklifi məmnuniyyətlə qəbul etdilər.
-Siz həm də AFFA-nın Gəncədəki kuratorusunuz. Bu şəhərin təmsilçisi olan “Kəpəz” nə vaxt formalaşacaq?
- Yaxın günlərdə Gəncəyə yola düşəcəyəm. Orda bir sıra görüşlər nəzərdə tutulub. Əsas məsələ maliyyə problemidir. Yaxın iki iki həftə ərzində orda yeni komanda yaradılmalıdır. Mümkündür ki, daha tez.
-Baş məşqçi postuna Mehman Allahverdiyevlə İqor Ponomaryovun gətirilməsi gözlənilir...
- Ponomaryovun namizədliyi heç müzakirə olunmayıb. O, yəqin ki, bizə başqa məsələlərdə yardımçı olacaq. Əgər kimsə öz namizədliyini irəli sürmək istəsə, biz bunun əleyhinə olmarıq.







 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Tələbə təqaüdümdən evə göndərməyə də pul çatır”
09.04.2019
“Ermənilər İspaniyada bizim nə qədər güclü olduğumuzu yaxşı bilirlər”
08.04.2019
Azərbaycan diasporunda yenilik edən Qarabağ qazisi
08.04.2019
Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir
05.04.2019
“Vergilər Nazirliyi tərəfindən hesabat formalarının optimallaşdırılması ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info