Belarus teatrının aktyoru Bakıda çıxış edəcək
Tarix: 27.09.2019 | Saat: 08:49:00 | E-mail | Çapa göndər



Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada Belarus Respublikasının Əməkdar artisti, Belorus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Emil Heydərov, Firus Məmmədov, Rauf Babayev, Telnaz Hüseynova, Nicat Əli, Aydan Həsənova, Elməddin Dadaşov, Murad Əliyev ilə birgə eyni səhnəni bölüşəcək.
Qeyd edək ki, dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.
Tamaşanın quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Saat 19:00-da nümayiş olunacaq tamaşa teatrın rejissor assistenti Sevinc Məmmədova tərəfindən idarə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info