Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
Tarix: 27.09.2019 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


25-26 sentyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində Prezident cənab İlham Əliyevin məlum Sərəncamının icrasını təmin etmək məqsədilə Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650-illik yubileyinə həsr olunmuş Masallı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
Yarışın mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək şagirdlərə Nəsimi yaradıcılığı ilə bağlı məlumat verib. Bildirib ki, Nəsimi özündən sonra zəngin bir irs qoyub gedib. Dahi sənətkar insana, insan ləyaqətinə,onun qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf edib. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də gənclərin mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək Nəsiminin yaradıcılığından danışmış və şairin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu diqqətə çatdırıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında I yerə Qəriblər kənd tam orta məktəbinin “Qəriblər” komandası , II yerə B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin “Massagetlər” komandası , III yerə Ə.Bağırov adına Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbin “ Zəka “ komandası layiq görülmüşdür. Fəallığına görə isə N.Aslanov adına Miyənkü kənd tam orta məktəbinin” Venera” komandası xüsusi diplomla mükafatlandırıldı. Qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif edilmişdir.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info