VI Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin də stendi olacaq
Tarix: 28.09.2019 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


27-29 sentyabr tarixlərində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgidə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtma müşavirliyi qardaş ölkə haqda kitablar, materiallar və digər vasitələrlə iştirak edəcək.
Belə ki, burada Türkiyəyə məxsus stend iştirakçılara təqdim olunacaq. Kitab sərgisinin ikinci günündə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabları ilə yanaşı, bir sıra başqa qurumların da nəşrləri nümayiş etdiriləcək. Sərgi-yarmarkada ilk olaraq Türkiyə səfirliyinin mədəniyyət və tanıtm müşaviri İrfan Çiftçi Türkiyə türkcəsindən başqa dillərə tərcümələri maddi baxımdan dəstəkləyən TEDA layihəsi haqqında məlumat verəcək. Eləcə də həmin gün Mədəniyyət və tanıtım müşavirliyinin təşkilatçılığı ilə Azərbaycanın türkologiya və tarix sahəsində qabaqcıl alimlərinin iştirakı ilə “Qlobal dövrdə türk təfəkkürünün əsas qaynaqlarından necə bəhrələnməliyik?” mövzusunda müzakirələr keçiriləcək. Müzakirələrdə Əkbər N.Nəcəf, Nuridə Novruzova, Telman Nüsrətoğlu, Firdövsiyə Əhmədova çıxış edəcəklər. Tədbirin əsas çıxışçısı və moderatoru İrfan Çiftçi olacaq. Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Sərgi çərçivəsində tanınmış şair və yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info