Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək
Tarix: 27.09.2019 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


2019-cu il 28 sentyabr - 4 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə Azərbaycan paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək. Bu festival çərçivəsində sentyabrın 29-30-da “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunacaq. Bu haqda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi Mətbuat Xidmətindən “Palitra”ya məlumat verilib.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qərarına əsasən, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il “Nəsimi ili” elan olunmuşdur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən təşkil olunan sözügedən festival və konqres məhz “Nəsimi İli”-nə həsr olunub.
İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin əsas məqsədlərindən biri də iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır.
“İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Konqresin gündəliyinə əsasən, tədbirdə aşağıda qeyd olunan istiqamətlərdə geniş diskussiyalar təşkil olunacaq:
- Bədii toxuculuq – tekstil, xalça sənəti, kəlağayı və s.
- Bədii metalişləmə – zərgərlik sənəti, misgərlik və s.
- Bədii oyma sənəti – daş, ağac və s.
İki gün davam edəcək Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub. Konqresin gedişatında Azərbaycan, ərəb və ingilis dillərindən istifadə olunacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) arasında qarşılıqlı əməkdaşlığa dair 2018-ci il noyabrın 26-da İstanbul şəhərində müqavilə, cari ilin 2 may tarixində isə Bakıda memorandum imzalanmışdır. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan IRCICA 1980-ci ildən fəaliyyət göstərir. Qısa zaman ərzində dünyanın mötəbər təşkilatına çevrilən qurum hazırda 56 islam ölkəsini öz ətrafında birləşdirir.
Qeyd olunmalıdır ki, qorunub saxlanılan və nəsildən- nəslə ötürülən ənənələrlə zəngin İçərişəhərin ərazisində bu gün də sənətkarlığın dirçəlişi müşahidə edilir. Təsadüfi deyil ki, qədim şəhər ərazisində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi fəaliyyət göstərir. Mərkəz keramika, batik, zərgərlik və ağac üzərində oyma sənəti kimi dörd sənətkarlıq sahəsi üzrə fəaliyyət göstərir. Burada hər bir sənət əsəri ənənəvi prinsip və texnikanın müasir dövrün nailiyyətləri ilə ahəngdarlıq təşkil edir.
Konqresin keçirilmə yeri: Bakı şəhəri, Asəf Zeynallı küç., 20/85. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Konfrans zalı

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info