“CinemaPlus” da “Əlvida, Şmidt!” filminin qala-gecəsi keçirilib
Tarix: 27.09.2019 | Saat: 13:16:00 | E-mail | Çapa göndər


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Əlvida, Şmidt!” filminin qala-gecəsi baş tutub.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası və “YOL” İlk Elmi Populyar dərginin ərsəyə gətirdiyi ekran işi tragikomediya janrındadır.
Filmin yaradıcı heyəti, aktyorlar, media nümayəndələri və bloqqerlər ekran işini seyr ediblər.
Ekran əsərinin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, operator Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri isə Lalə Kazımovadır.
Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər, aktyor Azər Aydəmir, Tiflis Dövlət Akademik Rus Dram Teatrının aktrisası Mariam Kitiya canlandırıb.
Bundan başqa, filmdə Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı Əməkdar artist Zemfira Sadıqova, aktrisa Günel Məmmədova, Əlixan Rəcəbov və başqaları çəkilib.
Filmin qəhrəmanı - Emil Şmidt, düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandır. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır. Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşatdıracaq. Vətənimizin möhtəşəm mənzərələri , rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə “Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək!
Tədbirin keçirilməsində “Cinema Distribution”, “Cinemazadeh”, “Taksim kebap” restoranı, “Red Bull” və “Şeh Su” dəstək göstəriblər.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.





 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info