Azərbaycan Gimnastika Federasiyası payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır
Tarix: 27.09.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Uğurlu təşkil olunmuş irimiqyaslı beynəlxalq yarışlardan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır. AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, ilin son aylarında gimnastikanın 6 növü üzrə turnirlər təşkil ediləcək. Belə ki, oktyabrın 10-13-də bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı keçiriləcək. Bu yarışlar Milli Gimnastika Arenasının əsas zalında baş tutacaq. Növbəti yarışlar isə tamblinq üzrə 17-ci Azərbaycan birinciliyi və çempionatı və batut gimnastikası üzrə 5-ci ölkə birinciliyi və çempionatı olacaqdır. Tamblinq üzrə turnir noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarış isə ertəsi gün Bakı Olimpiya Kompleksində təşkil ediləcək. İlin sonuncu yerli yarışları isə noyabrın 15-16-da Sumqayıtda keçiriləcək. Bu dəfə gimnastikanın 4 növü üzrə yarışlar - kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı respublika və paytaxt çempionatı və aerobika gimnastikası üzrə 5-ci Bakı birinciliyi və ölkə çempionatı birləşdirilmiş şəkildə Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Yerli yarışların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi gimnastikanın bu bölgələrdə daha da inkişafına, eləcə də gənc nəslin bu idman növlərinə marağının artırılmasına xidmət edir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
“Manchester United“ yeni baş məşqçisini seçdi
16.10.2019
Luis Suaresin yerinə 20 yaşlı hücumçu
16.10.2019
İspaniya AVRO-2020-yə vəsiqə qazanıb
15.10.2019
UEFA Çempionlar Liqasının finalını İstanbuldan ala bilər
15.10.2019
“Qaranlıqdan aydınlığa doğru gedirik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info