Naxçıvanda 16 tələbə təhsilhaqqından azad edilib
Tarix: 27.09.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinə müvafiq ixtisaslara qəbul olunmuş tələbələrdən 16 nəfəri ödənişli əsaslarla qəbul olsalar da, artıq dövlət sifarişi əsasında təhsil alacaqlar. Bu 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqədən sonra xeyli sayda dövlət sifarişi yerlər qaldığına görə həmin yerlərə əlavə keçirilən müsabiqə nəticəsində mümkün olub. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi siyahı əsasında universitetin Tibbi profilaktika ixtisasının 9, Elektroenergetika mühəndisliyi 4, Dəmiryol nəqliyyatı, İnformasiya texnologiyaları, İqtisadiyyat ixtisaslarının hərəsindən 1 nəfər olmaqla ümumilikdə 16 tələbəyə aid edilib.
Bu məqsədlə universitetdə tədbir keçirilib. Təhsil haqqından azad edilən tələbələrin dəiştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək təhsilimizə, elmimizə, tələbə-gəncliyə göstərilən dövlət qayğısından danışıb. Rektor təhsilin, elmin qüdrətini hər zaman ön mövqedə saxlayan ölkə başçımızın düşünülmüş addımını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirilib ki, həmçinin, dövlət sifarişi əsasında 600-dən az bal toplayaraq qəbul olunmuş tələbələrə bu tədris ilinin birinci semestri üçün adi, 600 və 600-dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələrə isə əlaçı təqaüdü verilməsi nəzərdə tutulub. Vurğulanıb ki, bu ilin oktyabr ayının sonuna qədər isə ödədikləri təhsil haqlarının geri qaytarılması universitet tərəfindən təmin ediləcək. Rektor tələbələri dərslərində daha fəal olub, göstərilən etimadı doğrultmağa, vətəninə, xalqına əsl vətəndaş, seçdikləri ixtisaslar üzrə dövlətimizə əsl ixtisaslı kadr kimi formalaşmağa səsləyib.
Müəllimlər adından universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, tələbələr göstərilən dövlət dəstəyinə görə öz minnətdarlıqlarını bildiriblər.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info