Bəşər Əsəd Qərbi hədələdi
Tarix: 29.08.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“Suriya istənilən hucüma qarşı
özünü müdafiə etməyə hazırdır”


Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, ölkəsi özünü istənilən təcavüzdən qorumağa hazırdır. Əsədin bəyanatı Suriya dövlət televiziyası ilə oxunub: “Suriyaya qarşı birbaşa təcavüz xalqımızın müstəqillik prinsiplərinə bağlılığını yalnız möhkəmləndirəcək. Suriya istənilən təcavüz qarşısında özünü müdafiə etməyə hazırdır”. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya ilə bağlı məsələdə razılığa gələ bilməyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Suriyada təxirəsalınmaz addımların atılmasına çağırıb. İclas başlayandan 1 saat sonra Rusiya və Çin nümayndələri otağı tərk edib. Onlar Haitidəki vəziyyətlə bağlı müzakirələrin aparıldığı salona gedib. Diplomatlardan biri deyib ki, iclasdan sonra Suriya ilə bağlı qətnamə layihəsi məsləhətləşmələr üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin hökumətlərinə göndərilib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib ki, ABŞ BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsləhətləşmələri davam etdirəcək. O qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanın dəyişməz mövqeyi üzündən bu məsələdə irəliləyiş görmür: "Düşünmürük ki, BMT TŞ-dəki səylər bu vaxtadək baş verənlərdən fərqli nəyəsə gətirib çıxarsın” deyən Harf Rusiya nümayəndələrinin əvvəllər Suriya ilə bağlı qətnamələrin qəbuluna imkan vermədiyini xatırladıb. ABŞ prezidenti Barak Obama isə hesab edir ki, Suriya müxalifəti kimyəvi silahdan istifadə edə bilməzdi. Obama bunu “PBS Newshour” verilişinə müsahibəsində deyib. O həmçinin qeyd edib ki, Suriyada kimyəvi silahın tətbiqinə Vaşinqtonun necə cavab verəcəyini hələ müəyyənləşdirməyib: “Mən qərar qəbul etməmişəm. Hərbçilər mənə müxtəlif variantlar təqdim edib. Mən Milli Təhlükəsizllik Şurası ilə bağlı müzakirələr aparıram”. Obama eyni zamanda Suriya probleminin həlli naminə Rusiya və digər ölkələrlə əməkdaşlığa hazır olduqlarını bildirib. Bu arada Britaniyanın baş nazir Devid Kameron bildirib ki, ölkəsi Suriyaya birbaşa hərbi müdaxilə etməzdən əvvəl bir qədər də gözləyəcək. Devid Kameron Birləşmiş Millətlər Təşkilatının silah müfəttişləri tərəfindən məsələ ilə bağlı hesabat gözlədiklərini bildirib. Baş nazir bu qərarın səbəbinin İraq müharibəsi ilə əlaqədar olduğunu bildirib. Qeyd edək ki, Britaniya parlamentindən Suriyaya birbaşa hərbi müdaxilə edilməsi qərarı gözlənilirdi. Lakin uzun müzakirələrdən sonra bu qərar hələlik təxirə salınıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info