Ermənilər İsraildə səfirlik istəmirlər
Tarix: 27.09.2019 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Ermənistan hökumətinin İsraildə səfirlik açması barədə qərarı xüsusi ilə Livan, Suriya və İran olmaqla, Yaxın Şərq regionu ölkələrində yaşayan erməni icmalarının ciddi narahatlığına səbəb olub.
Sputnik Azərbaycan Ermənistanın "Jamanak" nəşrinə istinadən iddia edir ki, hazırda bu ölkələrdə olan erməni partiyaları və icmaları yeni reallıqda necə hərəkət etmələrinə dair məsləhətləşmələr həyata keçirir.
"Bu ölkələrdə olan erməni icmalar narahatdırlar ki, İsraillə diplomatik əlaqələrin qurulması yaşadıqları ölkələrin rəhbərliklərinin onlara qarşı müsbət münasibətini dəyişə bilər", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, sentyabrın 19-u Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsraildə səfirliyin açılmasının ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib: "Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib".
Əli Babayev




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
“DQR“in müdafiə naziri öldürüldü ..?
26.10.2020
Ən ağrılı kompromisə hazırıq - Paşinyan ağ bayraq qaldırdı
26.10.2020
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər
26.10.2020
Ermənistan cəsədləri götürməkdən imtina edir
26.10.2020
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info