Turizm Günü çərçivəsində tələbələr üçün iş yarmarkası təşkil edilib
Tarix: 28.09.2019 | Saat: 09:27:00 | E-mail | Çapa göndər



Dünya Turizm Günü ilə əlaqədar “Turizm sektorunda karyera perspektivləri” adlı tədbir keçirilib.

Diskussiya formatında baş tutan tədbirdə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və BMT-nin İnkişaf Proqramının nümayəndələri təmsil olunublar.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə elektron turizm, regional turizmin inkişaf perspektivləri, turizm təhsili və kadr potensialı kimi mövzuları əhatə edən sualları cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirdə turizm sektorunu təmsil edən şirkət nümayəndələri ilə yanaşı, turizm ixtisaslarının tədris edildiyi universitetlərin müəllim və tələbə heyəti, eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetinin məzunları da iştirak ediblər.
Tədbir çərçivəsində 10 hotel və 6 turizm şirkətininin insan resurları üzrə nümayəndələri universitet tələbələri üçün iş yarmarkası təşkil ediblər.
Məzunlar və tələbələr insan resurları nümayəndələrinə onları maraqlandıran sualları ünvanlayıblar və uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info