Azərbaycan kinosu günləri çərçivəsində Daşkənd Dövlət Mədəniyyət və Sənət Universitetində görüş keçirilib
Tarix: 28.09.2019 | Saat: 09:49:00 | E-mail | Çapa göndər


Özbəkistanda keçirilən Azərbaycan kinosu günləri çərçivəsində Daşkənd Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev ölkəmizdən gələn nümayəndə heyəti ilə görüşüb.
Xəbər verilir ki, İbrahim Yuldaşev qonaqları salamlayaraq ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, ta qədimdən xalqlarımız, dövlətlərimiz arasında mədəni sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Rektor vurğulayıb ki, belə tədbirlərin keçirilməsi iki ölkə arasında mədəni-ədəbi sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.
Azərbaycanın Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə Azərbaycan kinosu günlərinə böyük maraq olduğunu qeyd edib, Səmərqənd və Almalık şəhərlərində də olduqlarını, Azərbaycana və Azərbaycan filmlərinə tamaşaçıların böyük marağını vurğulayıb.
Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev hələ SSRİ dövründə Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışıb, Özbəkistanda çəkilən filmlərə Azərbaycan aktyorlarının dəvət edildiyini, hətta baş rollara çəkildiyini diqqətə çatdırıb.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov, rejissorlar Şamil Əliyev, Mirbala Səlimov və başqaları Daşkənddə Azərbaycan kino günlərinin keçirilməsini Özbəkistanın mədəni həyatında hadisə adlandırıblar.
Sonra onlar AMM-in universitetdə yaratdığı “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nə baxıblar.
Azərbaycan kinosu günləri Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və AMM-in birgə təşkilatçılığı ilə keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info