Bakıda bal yarmarkası açılıb
Tarix: 28.09.2019 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində bal yarmarkası açılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası 28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.
Qeyd edək ki, yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən edilib. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.
Trend-in məlumatına görə, bu il yarmarkaya ən çox bal Astara, Daşkəsən, Qax, Zaqatala, Balakən və Şəki rayonlarından gətirilib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info