YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayıb
Tarix: 29.09.2019 | Saat: 14:04:00 | E-mail | Çapa göndər



YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasının premyerası ilə açıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq Artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə YUĞ Teatrının aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.
Kollektiv V.Şekspirin “III Riçard” əsərini yeni səhnə redaksiyasında təqdim edib. “Lənət” adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış ediblər.
Tamaşadan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev kollektivi təbrik edib və uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info