ATGTİ serbiyalı gənclər üçün Azərbaycanın mədəniyyət gecəsini keçirəcək
Tarix: 30.08.2013 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru İradə Dadaşova, təşkilatın informasiya texnologiyaları departamentinin direktoru Tuğay Kərimov, Xəzər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Aysel Tağıyeva, ATGTİ-nin mətbuat xidmətinin nümayənədəsi Məcid Musayev və təşkilatın üzvü Leyla Məmmədli 2 - 8 sentyabr tarixlərində Serbiyaya səfər edəcəklər. Bu haqda ATGTİ-dən qəzetimizə məlumat verilib.
Xatırladaq ki, səfər ATGTİ ilə Serbiya Universitetlər Birliyi (SKONUS) arasında iyulun 5-də imzalanmış niyyət protokolu əsasında baş tutacaq. Səfərin proqramına görə, təşkilatın nümayəndələri Azərbaycanın Belqraddakı səfirliyinin rəsmiləri ilə görüşəcək, şəhərin mərkəzi meydanı Taşmaydanda ümummilli lider Heydər Əliyevin ucaldılmış heykəlini və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edəcək, serbiyalı tələbə-gənclər üçün Azərbaycanın mədəniyyət gecəsini keçirəcəklər. Bundan əlavə nümayəndələr Serbiyanın Gənclər və İdman Nazirliyinin rəsmiləri, Belqrad və ölkənin ikinci böyük şəhəri olan Novi - Sadda yerləşən universitetlərin tələbə özünüidarəetmə strukturları ilə görüşəcək, gələcək əməkdaşlıq və birgə fəaliyyət perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, ATGTİ-nin Serbiyaya səfərindən sonra, SKONUS-un nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info