Zəminə Dünyamalıyeva:”Namizədi qəbul etmədiyim üçün “milli şura”nın seçki kampaniyasında iştirak etmirəm”
Tarix: 30.08.2013 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“Əgər Açıq Cəmiyyət Partiyası, Zəminə Dünyamalıyeva və bu partiyanın digər funksionerləri “milli şura”da təmsil olunursa, bu qurumun qərarına hörmətlə yanaşmalıdırlar”. Bunu “milli şura”nın üzvü, Azərbaycan Xalq Cəbhəsi Paprtiyası(AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.
H. Kərimov bildirib ki, Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin sədri, “milli şura”nın üzvü Zəminə Dünyamalıyevanın bu kontekstdə açıqlama verməsinə təəssüflənir: “Cəmil Həsənli öz çıxışında vurğulayıb ki, Rüstəm İbrahimbəyov “milli şura”nın vahid namizədidir və sədridir. Bunu bilə-bilə Zəminə Dünyamalıyevanın belə fikir söyləməsi təqdirəlayiq hal deyil. Digər tərəfdən, Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi, Rüstəm İbrahimbəyovun vahid namizəd statusunu məhdudlaşdırmır”.
H. Kərimov Z. Dünyamalıyevanı seçki kampaniyasında daha fəal iştirak etməyə də çağırıb: “ Yaxşı olardı ki, Zəminə Dünyamalıyeva da enerjisini bu məqamda belə məsələlərə yox, Cəmil Həsənlinin seçki kampaniyasına sərf etsin”.
Qeyd edək ki, ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva açıqlamasında “milli şura”nın son sessiyasının nəticələrini tənqid etmişdi, C. Həsənlinin əlavə vahid namizədliyinin əleyhinə yeganə səs verən şəxs olduğunu bildirib və bu formatda uğur qazanmağın mümkünsüzlüyünü vurğulamışdı.
“Palitra”ya açıqlama verən Z.Dünyamalıyeva Həsən Kərimovun onun haqqında səsləndirdiyi fikirlərə sərt cavab vermək istəmədiyini söylədi: “Həsən Kərimovun söylədiklərinə əlavə cavab verməyə fikrim yoxdur. Ona görə ki, aşıq kimi deyişmək üçün müsahibə vermək istəmirəm. Mən “milli şura”nın qərarı və namizədi barədə fikrimi bəyan etmişəm və onun da mənim də düşüncələrimiz bəllidir. Sadəcə olaraq, mən enerjimi hara sərf etməyi çox yaxşı bilirəm. Özümün əməyimə də, enerjimə də, bütün şəxsiyyətimə də hörmət etdiyim üçün sərf etdiyim enerjini dəyərli şeyə sərf edirəm. Əgər o enerji sərf edilməyə dəyməzsə ,bunu etmirəm”.
Z.Dünyamalıyeva bundan sonra seçki kampaniyasında aktiv olmasını inandırıcı saymadı: “Seçki kampaniyasında fəal deyiləm. Seçki kampaniyasında o zaman iştirak edərəm ki, namizədi qəbul edəm. Onu qəbul etmirəmsə, orada niyə iştirak etməliyəm axı? Bir neçə cümlə ilə artıq fikrimi tam demiş oldum və bununla da yəqin ki, bu fikir ayrılığı ilə bağlı məsələyə son qoyulacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info