Gülçöhrə obrazını böyük sevgi ilə ifa edən Belarusun Əməkdar artisti
Tarix: 30.09.2019 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


Ü.Hacıbəyli XI Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Macar bəstəkarı İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası təqdim olunub.
Səhnə əsərində Silva rolunu Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Viktorovna canlandırıb.
Anşlaqla keçən tamaşada ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimləri, tanınmış mədəniyyət və incəsənət adamları, media əməkdaşları, həmçinin Belarus və Macarıstan səfirliklərinin nümayəndələri də iştirak ediblər.
Qısa müddətdə tamaşaçıların rəğbətini qazanan belaruslu aktrisa ona yaradılan bu gözəl şəraitə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyi başda olmaqla, teatrın bütün yaradıcı kollektivinə dərin minnətdarlığını bildirib. Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində özünü xoşbəxt sayan aktrisa bu səfərini iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün atılan addımlardan biri hesab edib və gələcəkdə də belə qarşılıqlı əlaqələrin davam etdirilməsini arzulayıb. O, Azərbaycana olan hədsiz sevgisini vurğulamaq üçün qeyd edib ki, öz teatrlarının repertuarında olan Ü.Hacıbəylinin "Arşın mal alan” ("Свадебный базар”) operettasında Gülçöhrə obrazını çox böyük sevgi ilə ifa edir.
Qeyd edək ki, “Silva” əsərində dəvət olunmuş aktrisa ilə yanaşı, teatrının rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Aydan Həsənova, Firus Məmmədov, Nicat Əli, Telnaz Hüseynova, Murad Əliyev, Elməddin Dadaşov və başqaları da iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info