Politnaviqator: Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq
Tarix: 30.09.2019 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, “Politnaviqator” informasiya agentliyinin bu başlıq altında dərc etdiyi məqalədə Ermənistan baş nazirinin son vaxtlar verdiyi məntiqsiz qərarlardan və qəribə təyinatlarından söhbət açılır. Məqalədə qeyd olunur ki, sentyabrın sonlarında iki güc strukturunun rəhbərinin – Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyanın və Ermənistan polisinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi Paşinyanın qəribə qərarlarından biridir. Çünki cəmi bir neçə ay əvvəl elə Paşinyan özü onlara general rütbəsi vermişdi. İstefadan sonra MTX-nin rəisi Paşinyanın ona təklif etdiyi Futbol Federasiyasının rəhbəri vəzifəsindən imtina edərək, baş naziri ağılsız qərar verməkdə təqsirləndirib. Paşinyan da öz növbəsində, ABŞ-a səfəri zamanı çıxışında keçmiş rəisin ona qarşı çıxmasını “poqonları zibil yeşiyinə atmaq” kimi qiymətləndirib.
Agentlik yazır ki, Paşinyanın ətrafından sızan məlumata görə, MTX-nin rəisi vəzifəsinə hazırkı ədliyyə naziri 27 yaşlı Rustam Badasyanın təyin olunacağı gözlənilir. Gənc olmağı bir tərəfə qalsın, Badasyan, ümumiyyətlə, hərbi sahədən uzaq insandır, güc strukturlarında bir gün də çalışmayıb. Gələcək rəisin Soros Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın namizədi olduğu da ekspertlərin gözündən qaçmayıb.

Məqalə müəllifi Ermənistan baş nazirinin qəribə qərarlarından biri kimi öz meydan silahdaşı Armen Qriqoryanı Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsini misal gətirir. Qriqoryanın Ermənistan ilə Qarabağ arasında yol çəkmək barədə sərsəm bəyanatı bu qərarın, yumşaq desək, qəribəliyinə sübutdur. Paşinyan hökumətinin daxilində bu yaramaz qərarlarla bağlı baş verən münaqişələrdən yazan müəllif vurğulayır ki, küçədən yığılmış meydan hökumətində belə hallar əvvəlcədən gözlənilən idi və inqilabdan ötən təxminən bir ilin sonunda Paşinyan komandası martın axırlarında əriməyə başlayan qar yığınını xatırladır.
Hələ bu yaxınlaradək Paşinyana ümidlər bəsləyən politoloqlar və müşahidəçilər indi onun Ermənistanın ən xırda problemlərini belə həll etməyə qadir olmadığını bildirirlər. Vovayeviçin Amerikaya bu yaxınlarda baş tutmuş və ölkəyə heç bir fayda gətirməyən səfəri də Ermənistanda tənqid olunub və bildirilib ki, baş nazirin BMT tribunasına çıxıb saqqalını yelləməsinə 300 min dollar xərclənib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info