Qubada maarifləndirmə tədbiri keçirilib
Tarix: 29.09.2019 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində ilk maarifləndirmə tədbiri Quba rayonunda təşkil edilib.
Quba rayon İcra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.
Tədbirdə layihənin eksperti Arzu Hüseyn öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Quba Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
O, çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, Azərbaycan Dövlət Pedaqoji Universtitetinin Quba Filialının direktor müavini Aysel Şeydayeva və başqaları çıxış edərək, məişət zorakılığının qarşısının alınması üçün bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini bildiriblər.
Tədbirdə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda, bəzi iştirakçılar qarşılaşdıqları zorakılıqlarla bağlı halları bildirib və bununla bağlı onlara hüquqi məsləhətlər verilib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info