Azərbaycana gələn xarici vətəndaşların sayı artıb
Tarix: 30.08.2013 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Bu ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, cari ilin altı ayı ərzində respublikamıza gələn əcnəbi vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 130 nəfər və ya 9,9 faiz artaraq 1196953 nəfər olub. Onların 418012 nəfəri Rusiya Federasiyası, 400542 nəfəri Gürcüstan, 173861 nəfəri Türkiyə, 70254 nəfəri İran İslam Respublikası, 51082 nəfər Avropa regionu, 83202 nəfər isə digər ölkələrin vətəndaşları olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn əcnəbi vətəndaşların sayında artım MDB ölkələri üzrə 18,7, Avropa İttifaqı üzrə 22,9, Asiya üzrə 7,3, Afrika üzrə 37,5 və Amerika və Avstraliya ölkələri üzrə 19,2 faiz təşkil edib.
Cari ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 olduğu halda, dünya üzrə beynəlxalq ziyarətçilər və ayrıca Avropa regionuna gələnlərin sayında artım cəmi 5 faiz təşkil edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info