“Ermənistanın Azərbaycanla müharibə şəraitində olması ölkəni mütəmadi şəkildə gərginlikdə saxlayır”
Tarix: 30.09.2019 | Saat: 20:16:00 | E-mail | Çapa göndər



Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer Şervin Nəcəfpur üzərində "Mən Qarabağ ulduzuyam" (I`m a st*r of Karabakh) yazılı öz yeni kolleksiyasını Norveç paytaxtı Osloda keçirilən moda nümayişində təqdim edib. VOC - Voyage of Creations xeyriyyə məqsədli moda nümayişi çərçivəsində təqdim olunan Şervin Nəcəfpurun yeni kolleksiyası, işğal altında olan Dağlıq Qarabağ haqqında yerli ictimaiyyəti məlumatlandırmaqla yanaşı, Azərbaycanı Norveçdə daha yaxşı tanıtmaq məqsədi daşıyıb.

Şervin Nəcəfpurun bu dəfə təqdim etdiyi kolleksiyada 8 oğlan model xüsusi dizayn olunmuş, üzərində Azərbaycan, Xocalı, Qarabağ, Pakistan, İslamabad və Kaşmir yazılı köynəkləri nümayiş etdiriblər.
Arasında yerli siyasətçilər, Oslo şəhər meri, Türkiyə və Pakistan səfirləri, məşhur aktyorlar və KİV nümayəndələrin də olduğu 500 nəfərdən çox qonağın qatıldığı moda tədbirində, nümayiş olunan bu geyimlər böyük marağa səbəb olub.
Mədəni müxtəlifliyi təbliğ edən VOC - Voyage of Creations moda nümayişinə BƏƏ, Pakistan və Avropanın digər ölkələrindən gələn müxtəlif modelyerlər öz işlərini təqdim ediblər.
Qeyd edək ki, VOC-Voyage of Creations moda nümayişi haqqında material, Norveçin dövlət telekanalı NRK-da nümayiş olunub. NRK şirkətinə müsahibə verən Şervin Nəcəfpur deyib: “Bu tədbirdə iştirak adi moda nümayişi ilə yekunlaşmır, burada biz moda vasitəsilə Dağlıq Qarabağ və Kəşmirdə baş verənlər haqqında ictimaiyyəti məlumatlandırırıq”.

Ermənistandakı acınacaqlı vəziyyət italyan jurnalistin gözü ilə

Yeri gəlmişkən, İtalyan Katolik Həftəlik Qəzetləri Federasiyasının (FISC) jurnalistlərdən olan M.Chiara Biagioni Ermənistanda səfərdə olub. O, səfərindən sonra yazdığı, FISC-in internet səhifəsində yerləşdirilmiş və “Sir” İnformasiya Agentliyinin də yaydığı məqalədə qeyd edib ki, Ermənistanın paytaxtından kənara çıxan kimi özünü sonsuz yoxsulluğun içində tapırsan....”
Jurnalist vurğulayıb ki, 8 milyonluq dəyəri olan sözügedən layihələr yoxsulluqdan əziyyət çəkən Ermənistanda köməyə ehtiyacı olan əsasən uşaqlara və yaşlılara yardıma yönəlib.
Məqaləsində səfər zamanı Ermənistanda (İrəvanın Türkiyə ilə sərhəd əyalətlərindən biri olan Artaşat, habelə Gümrü şəhərində) üzləşdiyi yoxsulluğu və acınacaqlı vəziyyəti təfərrüatlı şəkildə təsvir edən jurnalist yerli əhali ilə söhbətinə istinad edərək bu vəziyyəti, xüsusilə də ətraf bölgələrdə yaşayan ermənilərin yaşam tərzini “ağ soyqırımı” adlandırıb.
“Caritas Roma” təşkilatının Artaşat ofisinə gəldikdə isə jurnalist ofisin yoxsul evlərin arasında bir qədər kənarda yerləşdiyini, mütəmadi olaraq burada işləyən 20-yə yaxın könüllünün əyalətdəki yaşayış vəziyyətləri çox ağır, əşyasız və su problemləri olan evlərdə acınacaqlı vəziyyətdə yaşayan, övladları tərəfindən tərk edilmiş yaşlıları ziyarət etdiklərini, onlara tibbi yardım göstərdiklərini, hər 15 gündən bir yağ, pendir, düyü, şəkər və digər ehtiyacları qarşılayacaq bağlamalarla təmin etdiklərini bildirib. Jurnalist tənhalığa düçar olmuş yaşlılarla bağlı acınacaqlı vəziyyəti hazırda Ermənistanda gənclərin iqtisadi böhranla əlaqədar olaraq ölkəni tərk etməsi və valideynlərin tənhalıq içində qocalması ilə əlaqələndirib. Jurnalist layihə çərçivəsində orada yoxsulluq içində yaşayan, dağılmış ailələrdən gələn 7-17 yaş arası yetim uşaqlara dəstək üçün “Piccolo Principe” (Kiçik Şahzadə) mərkəzinin də fəaliyyət göstərdiyini qeyd edib. O, uşaqların yoxsulluq, antisanitariya şəraitində yaşam nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkdiyini də diqqətə çatdırıb. “Sizin İtaliyanın buradakı insanlar üçün necə bir yaxşılıq etdiyindən təsəvvürünüz belə yoxdur. Bu pullar həyata ehtiyacı olan insanlara ümid gətirir. Sizin üçün həmin pullar sadəcə rəqəmdir, buradakılar üçün isə həyatdır”, - deyə jurnalistlə söhbətində erməni-katolik kilsəsinin yepiskopu Rafael Minasian bildirib.
İtaliyalı jurnalist Ermənistanın qərb sərhədlərinə başqa ölkənin əsgərlərinin nəzarət etdiyini və onların sərhəddən giriş və çıxışı qadağan etdiyini, eyni vəziyyətin şərq sərhədlərində də mövcud olduğunu vurğulayır. O, Ermənistanın Azərbaycanla müharibə şəraitində olmasının ölkəni mütəmadi şəkildə gərginlikdə saxladığını, istər qərb, istərsə də şərq sərhədlərinin bağlı olmasının malların tranzitinə, ticarətin inkişafına mane olduğunu, bu vəziyyətin də ölkəni ciddi iqtisadi böhrana gətirib çıxardığını diqqətə çatdırır. Analitiklərin fikrinə istinad edən jurnalist Azərbaycan ilə yekun bir razılığın əldə edilməyəcəyi və Türkiyə ilə münasibətlərin yaxşılaşmayacağına qədər vəziyyətin dəyişməyəcəyini bildirib.

“Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq”

“Politnaviqator” informasiya agentliyi isə dərc etdiyi məqalədə Ermənistan baş nazirinin son vaxtlar verdiyi məntiqsiz qərarlardan və qəribə təyinatlarından söhbət açılır. “Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq” adlı məqalədə qeyd olunur ki, sentyabrın sonlarında iki güc strukturunun rəhbərinin – Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyanın və Ermənistan polisinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi Paşinyanın qəribə qərarlarından biridir. Çünki cəmi bir neçə ay əvvəl elə Paşinyan özü onlara general rütbəsi vermişdi. İstefadan sonra MTX-nin rəisi Paşinyanın ona təklif etdiyi Futbol Federasiyasının rəhbəri vəzifəsindən imtina edərək, baş naziri ağılsız qərar verməkdə təqsirləndirib. Paşinyan da öz növbəsində, ABŞ-a səfəri zamanı çıxışında keçmiş rəisin ona qarşı çıxmasını “poqonları zibil yeşiyinə atmaq” kimi qiymətləndirib.
Agentlik yazır ki, Paşinyanın ətrafından sızan məlumata görə, MTX-nin rəisi vəzifəsinə hazırkı ədliyyə naziri 27 yaşlı Rustam Badasyanın təyin olunacağı gözlənilir. Gənc olmağı bir tərəfə qalsın, Badasyan, ümumiyyətlə, hərbi sahədən uzaq insandır, güc strukturlarında bir gün də çalışmayıb. Gələcək rəisin Soros Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın namizədi olduğu da ekspertlərin gözündən qaçmayıb.
Məqalə müəllifi Ermənistan baş nazirinin qəribə qərarlarından biri kimi öz meydan silahdaşı Armen Qriqoryanı Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsini misal gətirir. Qriqoryanın Ermənistan ilə Qarabağ arasında yol çəkmək barədə sərsəm bəyanatı bu qərarın, yumşaq desək, qəribəliyinə sübutdur. Paşinyan hökumətinin daxilində bu yaramaz qərarlarla bağlı baş verən münaqişələrdən yazan müəllif vurğulayır ki, küçədən yığılmış meydan hökumətində belə hallar əvvəlcədən gözlənilən idi və inqilabdan ötən təxminən bir ilin sonunda Paşinyan komandası martın axırlarında əriməyə başlayan qar yığınını xatırladır.
Hələ bu yaxınlaradək Paşinyana ümidlər bəsləyən politoloqlar və müşahidəçilər indi onun Ermənistanın ən xırda problemlərini belə, həll etməyə qadir olmadığını bildirirlər. Vovayeviçin Amerikaya bu yaxınlarda baş tutmuş və ölkəyə heç bir fayda gətirməyən səfəri də Ermənistanda tənqid olunub və bildirilib ki, baş nazirin BMT tribunasına çıxıb saqqalını yelləməsinə 300 min dollar xərclənib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
3 Vasim Məmmədəliyev vəfat edib
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info