Bu il məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ili kimi yadda qalacaq
Tarix: 01.10.2019 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycanın məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ili kimi yadda qalacaq. Çünki 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” mühüm Fərman imzalayıb. Fərmana əsasən məhkəmə hüquq sistemində dərin islahatların həyata keçirilməsi nəzərdə tutulur. Onun birinci mərhələsi həyata keçirilib. Yeni kommersiya və inzibati məhkəmələr yaranıb.
Bu barədə jurnalistlərə müsahibəsində Baş prokuror Zakir Qaralov bildirib.
“Hazırda növbəti mərhələdə cəza siyasətinin humanistləşdirilməsi və bəzi cinayətlərin dekriminallaşması ilə əlaqədar qarşıya vəzifə qoyulub. Bununla bağlı Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarından ibarət tərkibdə yaradılmış birgə işçi qrup fəaliyyət göstərir. Cinayət, cinayət prosessual və inzibati xətalar məcəllələrinə dəyişikliklər edilməsi ilə bağlı dörd yüzə yaxın təkliflər irəli sürülüb. Bu qanun layihələri qəbul ediləndən sonra artıq cəza siyasətində ciddi humanistləşdirmə olacaq”, - deyə Baş prokuror vurğulayıb.
Tural





 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info