Türkiyədə müharibə riskinə qarşı bunkerlər hazırlanıb
Tarix: 30.08.2013 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Türkiyədə əhalinin müdafiəsi üçün sərhəd boyunca yeddi rayonda xüsusi bunkerlər hazırlanıb. Ankarada hökumətin böhran mərkəzinə istinadən “Associated Press” agentliyi bildirib ki, Türkiyə Suriyadan mümkün kimyəvi hücumlar gözlədiyindən döyüş hazırlığı vəziyyətindədir və ümumi sərhədlər boyunca əleyhqazlar və ərzaq tədarük edir. Böhran mərkəzinin rəhbərliyi 29 avqustda “Twitter” şəbəkəsində bildirib ki, əhalinin müdafiəsi üçün sərhəd boyunca yeddi rayonda xüsusi bunkerlər hazırlanıb. Həmçinin qeyd edilir ki, kimyəvi silah üzrə 100 mütəxəssisdən ibarət qrup sərhəd sahəsinə göndərilib. Onlar hazırda əvvəlki kimyəvi hücumların əlamətlərinin mövcudluğunu müəyyənləşdirməyə çalışırlar. Türkiyə Suriya prezidenti Bəşər Əsədin ən aktiv tənqidçilərindən biridir və müxalifəti dəstəkləyir. “9tv.co.il” xəbər verir ki, ölkə rəhbərliyi bu həftə bəyan edib ki, Suriya rejiminə qarşı fəaliyyət göstərən istənilən beynəlxalq koalisiyada iştirakı qəbul edəcək.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info