ADTGT-nin 5 nəfərlik heyəti beynəlxalq layihədə iştirak edəcək
Tarix: 01.10.2019 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) 5 nəfərlik nümayəndə heyəti tərəfdaşlıq şəklində Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində keçiriləcək beynəlxalq layihədə iştirak edəcəklər. 2019-cu ilin 15 – 22 oktyabr tarixlərində Türkiyənin Burdur şəhərində keçiriləcək beynəlxalq tədbir “reLAKE IT!” adlanır. “Salda gölü müdafiəçiləri” QHT-nın təşkilatçılığı və Türkiyə Erasmus+ Milli Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunacaq beynəlxalq təlimə 7 ölkədən (Slovakiya, Bolqarıstan, Latviya, Estoniya, Şimali Makedoniya, Türkiyə və Azərbaycan) 36 gənc lider qatılacaqdır. ADTGT-nin beynəlxalq tərəfdaş olduğu bu layihə çərçivəsində iştirakçılar 1 həftə ərzində müxtəlif interaktiv təlim metod və vasitələri ilə maariflənəcək, yeni bilgi və informasiyalara yiyələnəcək və qarşılıqlı olaraq geniş məlumat və təcrübə mübadiləsi qazanacaqlar. Beynəlxalq təlimdə ADTGT fəalları əcnəbi tərəfdaşları ilə birgə qeyri-formal təhsil üsulları ilə ekosistem, ətraf mühit, göllərin və su hövzələrinin qorunmasındə gəclərin rolu və fəal iştirkı, gənclərin bu prosseslərə aktiv reaksiyaları, çağırışları, yeni imkanlar və s. kimi mövzularda zəngin məlumatlara yiyələnəcək, informasiya mübadiləsi aparacaq və iştirakçı ölkələrin bu sahədə təcrübəsini, keçdiyi yolu və inkişafını öyrənəcəklər. ADTGT üzvləri təlimdə Azərbaycanda ekosistem, ətraf mühitin qorunması, Xəzərin ekoloji durumu və tədbirlər, gənclərin burada rolu və fəaliyyəti haqqında xüsusi təqdimatla çıxış edəcək və ölkəmizin bu sahədə inkişafını və atdığı addımları nümayiş etdirəcəklər. Layihə müddətində plenar açılış, təlim, görüşlər, işçi qruplar, tarixi, turistik yerlərin ziyarəti, mədəniyyətlərarası gecələr, flaşbomlar və digər maraqlı tədbirlər vasitəsilə fərqli mədəniyyətlərə malik gənclərin bir-birləri ilə daha yaxından ünsiyyət qura və əlaqələr yarada biləcəklər. Müxtəlif ölkələrin nümayəndələrinin burada iştirakı eyni zamanda gənclərin mübadiləsi vasitəsilə onlar və təmsil etdikləri ölkə və QHT-lər arasında gələcək mehriban dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsidir.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub
15.10.2019
10 məktəb direktoru işdən çıxarılıb
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info