Hüseyn Abdullayevə hökm oxundu - 6 il
Tarix: 01.10.2019 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib. İntiqam Süleymanov şərti azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb. Ev dustaqlığında olan digər təqsirləndirilənlərə də şərti cəza verilib. Qeyd edək ki, prokuror çıxışında Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı, həmçinin digər təqsirləndirilənlət, keçmiş DSX əməkdaşlarına 4 il sınaq müddəti olmaqla şərti cəza, H.Abdullayevin anası Zeynəb Abdullayevanın isə 5 min manat cərimələnməsini istəmişdi. Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividenDləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.
Hüseyn Abdullayevə hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır. Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Lənkəran Dövlət Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
31.10.2020
Dağlıq Qarabağa həyat qayıdacaq!
31.10.2020
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
30.10.2020
Rusiyanın Zabaykal vilayətindən Azərbaycan Orudusuna dəstək
30.10.2020
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info