“Arıçılıq məhsulları-bal” festivalında 550 min manatdan artıq məhsul satılıb
Tarix: 02.10.2019 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Sentyabrın 28-29-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Arıçılıq məhsulları-bal” festivalı keçirilmişdir. (“Şərq qapısı“)
Muxtar respublikanın bölgələrindən 323 arıçının iştirak etdiyi festivala 13 min 774 kiloqram süzmə bal, 2873 kiloqram şan bal, 442 kiloqram mum, 183 kiloqram vərəmum, 48 kiloqram çiçək tozu, 45 kiloqram güləm, 1090 qram arı südü, 189 litr bal arağı, 55 litr bal şərbəti və digər məhsullar ­çıxarılmışdır.

Festivalda muxtar respublika arıçıları tərəfindən ümumi dəyəri 550 min manatdan artıq olan 18 min 314 kiloqram bal və digər arıçılıq məhsulları satılmışdır. O cümlədən “Naxçıvan Məhsulları” tərəfindən 297 arıçıdan 1480 kiloqram bal alınmışdır.
Sonda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçirilmiş, 4 arıçı birinci, 3 arıçı ikinci, 2 arıçı isə üçüncü yerlərin qalibi olmuşdur. Festivalda 81 sənətkarın, eləcə də məhkumların dulusçuluq, ağacişləmə, tikmə, toxuma, tətbiqi sənət sahələrində hazır­ladıqları 600-dən çox müxtəlif əl işlərinin sərgi-satışı da keçirilmişdir.
İki gün davam edən festivalda 10 min 466 nəfər iştirak etmişdir ki, onlardan da 200-ü turist olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info