“Bəzi müxalifətçilər gəncliklərini xəyallara qurban verdilər”
Tarix: 02.10.2019 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

“Onların içərisində elə istedadlı gənclər var idi ki, əgər belələri siyasətlə deyil, bacardıqları işlərlə məşğul olsaydılar, indi mühüm postlar tuta bilərdilər”

“AXCP sədrinin müavini Fuad Qəhrəmanlının məlum istefası ətrafındakı ajiotaj bitməmiş, bu siyasi qurumda daha bir qalmaqal baş verdi”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, partiyada kifayət qədər ciddi fiqur sayılan, 30 il siyasətlə məşğul olan Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev də istefa verdi: “F.Qəhrəmanlıdan fərqli olaraq, A.Əliyev partiya sədri Əli Kərimliyə qarşı çox sərt ittihamlar yağdırdı. Onu sıravi cəbhəçilərdən şəxsi mənafeyi üçün istifadə etməkdə, partiya daxilində sərt diktatura rejimi yaratmaqda, fərqli fikir yürüdənlərə böhtan ataraq, partiyadan uzaqlaşdırmaqda günahlandırdı. Sual oluna bilər ki, partiyadan qopmalar, rəhbərə qarşı kəskin ittihamlar nə üçün baş verir? Təbii ki, bu kimi halların köklü səbəbləri var. 25 ildən artıqdır ki, Əli Kərimli bu insanlara hakimiyyətə tezliklə gələcəyi ilə bağlı yalan vədlər verir. Nə qədər adamlar var ki, gəncliklərini belə xəyallara qurban verdilər. Onların içərisində istedadlı gənclər də var idi ki, əgər belələri siyasətlə deyil, bacardıqları işlərlə məşğul olsaydılar, indi mühüm postlar tuta bilərdilər. Çox güman ki, belə şəxslər zamanı boşa xərclədiklərinə görə, ürəklərində partiya sədri ilə yanaşı, özlərini də ittiham edirlər... Bunu nəzərə alaraq tam əsasla iddia etmək olar ki, yaxında AXCP-də yeni-yeni istefaların şahidi olacağıq”.
GÜLYANƏ




 
Müəllifin son yazıları

03.12.2019 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
29.10.2019 Tarixə düşən islahatlar...
17.10.2019 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
18.09.2019 “Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
16.09.2019 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
2 Toyuğun bu hissəsi xərçəng yaradır
3 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
4 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
5 “Bizdən bunu etməyi gözləməyin!“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info