Özbəkistanın Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir keçirilib
Tarix: 02.10.2019 | Saat: 13:41:00 | E-mail | Çapa göndər


Özbəkistanın Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir keçirilib. Tədbirdən öncə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti Margilan şəhərindəki Yaradıcılar parkında olub, Xalq şairi, ictimai xadim, Özbəkistan qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə gül-çiçək dəstələri qoyub.
Azərbaycandan gələn qonaqlar parkdakı “Erkin Vahidov” muzeyi, sonra Erkin Vahidov adına Yaradıcılıq məktəbi ilə tanış olublar. Məlumat verilib ki, məktəbdə yaradıcılıq qabiliyyəti olan uşaqlar 5-ci sinifdən 11-ci sinfədək təhsil alır və Məktəbdə müasir inovasiyalar, maraqlı tədris üsulları tədbiq edilir.
Erkin Vahidov adına Yaradıcılıq məktəbində təşkil olunan tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri, şair Enaxon Suddikova iki xalq arasında ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə görülən işlərdən söhbət açıb. Natiq Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar aşdığını söylərib.
Millət vəkili Qənirə Paşayeva çıxışında Özbəkistanda özünü Azərbaycandakı kimi hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirib. O, ikitərəfli qardaşlıq əlaqələri, ədəbiyyat sahəsində əməkdaşlıq, Səməd Vurğunla Qafur Qulamın, digər şair və yazııçılarımızın yaradıcılıq əlaqələrini örnək kimi qeyd edib.
Deputat vurğulayıb ki, böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini özünün ustadı hesab edib və ədəbiyyat tarixinə türk dilində “Xəmsə” yaradan ilk şair kimi düşüb.
Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da söhbət açıb, Özbəkistanın bu məsələdə ədalətli mövqeyini vurğulalyıb və bunun üçün ölkə rəhbərlərinə minətdarlığını bildiirib.
Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və inkişafından danışıb. Qeyd edib ki, məktəblərimizin, universitetlərimizin əlaqələr yaratması gələcəkdə tərəflər üçün daha faydalı ola bilər. Belə ki, azərbaycanlı uşaqlar Özbəkistanın, özbək şagird və tələbələri isə Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını öyrənmək imkanı əldə edə bilərdilər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni əlaqələrdən danışıb, Azərbaycanda və Özbəkistanda keçirilən Beynəlxalq Muğam, Aşıq Festivallarında hər iki tərəfin aktiv iştirak etdiyini, xalqlarımızı birləşdirən muğam sənəti, aşıq sənəti, Novruz bayramı, milli mətbəximiz haqqında məlumat verərək, milli mədəni irsimizin dünyaya təbliğ edilməsi istiqamətində xeyli iş görüldüyünü bildirib. Natiq Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin layihələri haqqında danışaraq, görülən işlərin öz uğurlu nəticəsini verdiyini qeyd edib.
Tədbirdə iki ölkə dostluğuna həsr olunmuş və Margilan məktəbliləri tərəfindən hazırlanmış bədii kompozisiya təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info