Vüqar Səfərli: “Jurnalistlərin binası”nda mənzilə çıxarışların verilməsi üçün 100-dək sənəd təqdim olunub
Tarix: 02.10.2019 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada keçirilən səyyar qeydiyyat xidməti çərçivəsində bu gün jurnalistlər bağışlanma müqaviləsi imzalayacaq və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarına təqdim edəcəklər. Bir müddət sonra mənzil sahibləri “SMS” vasitəsilə bildiriş alacaqlar. Çıxarışların alınması üçün artıq 100-dək sənəd təqdim olunub. Biz bu gün və sabah həmin sənədləşmə işlərini aparacağıq. Bundan sonra onlara 20-30 gün müddətində vaxt veriləcək ki, yenidən sənədləri toplasınlar və biz ikinci dəfə belə bir aksiya keçirək.
Bu barədə oktyabrın 2-də jurnalistlərə verilən ikinci binanın həyətində Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) nümayəndələrinin iştirakı ilə bu binada keçirilən səyyar qeydiyyat kampaniyası çərçivəsində jurnalistlərə müsahibəsində KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib.
“Cari il avqustun 7-də jurnalistlər üçün tikilmiş binanın istismar aktı verilib. Bundan sonra digər sənədlər hazırlanıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən binanın texniki pasportu, çıxarışlar hazırlanıb. Bu gün jurnalistlərin mənzillərinə çıxarışların verilməsi üçün bütün sənədlər hazırdır”, - deyə V.Səfərli bildirib. O qeyd edib ki, birinci binanın sakinlərinə çıxarışlar əvvəllər verilib: “Əlbəttdə, orada da sənəd almayanlar qalıb. Bu onların şəxsi istəyidir. Lakin bu kampaniya jurnalistlər üçün tikilmiş ikinci binaya aiddir. Jurnalistlər üçün üçüncü binanın tikinti işləri qrafikə uyğun davam edir. 2020-ci ildə həmin bina üzrə mənzillərin jurnalistlərə verilməsi nəzərdə tutulur”.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub
15.10.2019
10 məktəb direktoru işdən çıxarılıb
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info