Ermənistanda kişi qıtlığı yaranıb
Tarix: 02.10.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Ermənistan Milli Statistika Xidmətinin şöbə müdiri: “2012-2018-ci illərdə 150 min nəfərdən artıq erməni ölkəni birdəfəlik tərk edib”

Ermənistanın əhalisi azalır. Bunu artıq erməni rəsmilər də etiraf etmək məcburiyyətində qalıblar. Əslində, ermənilərin ölkədən total şəkildə qaçmalarının kökünü, bu ölkənin dərin siyasi-iqtisadi böhranı və işğal siyasətində axtarmağa çalışanlar olsa da, bunu daha dərin kökləri var. Təsadüfi deyil ki, SSRİ dağıldıqdan sonra 15 müttəfiq respublikalar arasında ən çox ölkəni tərketmə məhz Ermənistanda müşahidə edilməyə başlamışdı. Etiraf edilməlidir ki, “etnik qrup olaraq vətənləri olmayan ermənilər tarixən daha çox harada onlar üçün xoş keçir, oranı özlərinə vətən sayıblar”. Bunu bir çox faktlarla da sübut etmək olar. Məsələn, Əfqanıstanda yaşayan hansısa erməni haqqında, indiyə qədər hər hansı bir məlumat eşidilməyib. Halbuki, Əfqanıstanla həmsərhəd İranda xeyli erməni yaşayır. Əslində burada xüsusi səbəb axtarmağa dəyməz. Çünki deyildiyi kimi, ermənilər həmişə günləri xoş keçən ölkəni, müəyyən dövrə qədər, bəli məhz “müəyyən dövrə” qədər həmişə özlərinə «vətən» biliblər. Biz bunun bariz nümunəsini dünənə qədər Yaxın Şərq ölkələrində şad-xürrəm yaşayan ermənilərin timsalında bir daha müşahidə etdik. Belə ki, bu şərq ölkələrində baş verən çaxnaşmalarda bu əraziləri ilk tərk edənlər məhz ermənilər oldu. Ona görə də bu gün ermənilərin hətta «vətən» belə bilmədikləri Ermənistanı tərk etmələri adi hal kimi qəbul edilməlidir. Reallıq isə budur ki, 1991-ci ildən 2019-cu ilə qədər Ermənistanda yaşayan ermənilər arasında 17 faiz azalma müşahidə edilib. Bu barədə açıqlamanı “1in.am” saytına Ermənistan Milli Statistika Xidmətinin Demoqrafiya və Statistika şöbəsinin müdiri Karina Kyuryumdjən verib. Onun sözlərinə görə, 1991-ci ildə 3,5 milyon nəfər əhalisi olan Ermənistanda bu ilin əvvəlində aparılan siyahıyaalmada nəticəsində 2 milyon 965 min nəfər qeydiyyatda olduğu bəlli olub. Deməli, 1991-2019-cu illər arasında bu ölkədəki azalma təqribən 17 faiz təşkil edib. Şöbə müdiri ölkə ərazisində ən çox azalmanın, əsasən əyalətlərdə, məsələn Lori (42 faiz), Şirak (30) və Vayot (20 faiz) əyalətlərində baş verdiyini bildirib. Maraqlıdır ki, 1991-2011-ci illərdə Ermənistanda təxmini doğuş artımının 400 min müşahidə edildiyini bildirən Kyuryumdjən bu nəticənin də ölkədən gedən 950 min insanın mühacirətini bir qədər yumşaltdığı ilə təsəlli tapdıqlarını bildirir. Lakin o qalan illər, yəni 2012-2018-ci illərdəki 92 min təbii artıma qarşı 150 min nəfərdən artıq erməni vətəndaşının ölkəni birdəfəlik tərk etdiyini etiraf edib. Yeni gəlmişkən, qeyd edək ki, bu gün, Ermənistanda kişi qıtlığı səbəbindən başsız qalan erməni qadınları daha çox süni mayalanmaya üstünlük verirlər. Belə ki, 2017-ci ildə İrəvanda fəaliyyət başlayan «Fertility center» mərkəzinin direktoru, ginekoloq-reproduktoloq Eduard Amlbarsumyan son illər ərzində bu mərkəzə müraciət edən erməni qadınlarının çoxaldığını etiraf edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“16 şirkətlə müqavilə bağlamışıq, bizim məzunlarımızı heç bir problem olmadan işə götürürlər”
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info