“Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı münaqişənin həllinə kömək etmir”
Tarix: 02.10.2019 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Rusiya XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsi çox nadir məsələlərdəndir ki, Rusiya, ABŞ və Fransanın buna vahid yanaşması var”


“Son zamanlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır. Baş verən insidentlər də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib”. APA-nın xəbərinə görə, bunu Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib. Rusiya XİN başçısı saxlanılan şəxslərin dəyişdirilməsinə hazırlıq getdiyini vurğulayıb. “Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı hansısa proses gedir. ATƏT-in Minsk Qrupuun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dostcasına işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprel ayında mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Siyasi proses tormozlanıb. Hələlik prosesi tormozdan ayırmaq alınmır. Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş Naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir, siyasi prosesi tormozdan ayırmağa kömək etmir” - deyə S. Lavrov vurğulayıb. Lavrov deyib ki, “Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşması mövcuddur. Bu, çox nadir bir vəziyyətdir. Rusiya XİN başçısı münaqişə ilə bağlı baza sənədlərinin olduğunu bildirib. “Biz dəfələrlə müzakirələr apardığımız baza prinsipləri əsasında düyünün açılmasını istəyirik. Düyünün açılması ancaq birbaşa dialoqdan keçir. Təmaslar var. Lakin münaqişənin nizamlanması ilə bağlı dialoq belə desək, hələlik yenilənmir. Lakin mən Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmürəm. Biz əlimizdən gələni edəcəyik ki, bu baş verməsin”.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
Ən ağrılı kompromisə hazırıq - Paşinyan ağ bayraq qaldırdı
26.10.2020
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər
26.10.2020
Ermənistan cəsədləri götürməkdən imtina edir
26.10.2020
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər
26.10.2020
Ermənistan təyyarələri Rusiyadan silah daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info