Məcburi köçkünlərə aylıq müavinətin verilməsi qaydası dəyişə bilər
Tarix: 03.10.2019 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Qaçqınkom” məcburi köçkünlərə aylıq müavinətin verilməsi qaydasında dəyişikliklər edilməsi üçün təkliflər hazırlayır”
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini, vahid aylıq müavinətlərin təyin edilməsi üzrə komitədə fəaliyyət göstərən komissiyanın sədri Fuad Hüseynov bildirib.
“Mövcud Qaydaya uyğun olaraq, vahid aylıq müavinət ala bilməyən məcburi köçkünlər həm Nazirlər Kabinetinə, həm bizə, həm də icra hakimiyyətlərinə çoxsaylı müraciətlər edirlər. Bu müraciətlərlə əlaqədar Dövlət Komitəsində ciddi araşdırmalar aparılıb və nəticələr təhlil edilib. Məsələn, mülkiyyət sahibi olmasına baxmayaraq, ağır vəziyyətdə, ehtiyac içərisində yaşayan, yaxud xəstəliyi ilə əlaqədar ölkəni tərk edib 182 gündən çox xaricdə yaşamaq məcburiyyətində qalan məcburi köçkünlər var, bir sıra digər müstəsna hallar da mövcuddur. Dövlət Komitəsi belə hallarla əlaqədar olaraq mövcud Qaydaya müəyyən dəyişikliklər edilməsi barədə təkliflər hazırlayır”,- Fuad Hüseynov deyib. /Cebhe.info/




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info