Əflan İbrahimov: “Əli Kərimli uduzacaqları halda mağazaları yandırmağı təklif etdi”
Tarix: 30.08.2013 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Avqustun 30-da “El” Hərəkatının Ali Məclis sədrinin sabiq müavini, yeni “El” Hərəkatı qurduğunu elan edən Əflan İbrahimov mətbuat konfransı keçirib.
Mətbuat konfransında “El” Hərəkatından istefa verən bir neçə rayon təşkilatının da sədrləri olub. Ə.İbrahimov bildirib ki, o, “milli şura”nın sədri Rüstəm İbrahimbəyovu 2010-cu ildən tanıyır: “2010-cu ildə Rüstəm müəllim məni çağırıb tanış oldu. Bir ay sonra yenə görüşdük. Prezident seçkilərindən danışdıq. Rüstəm müəllim mənə dedi ki, əgər 3-cü dəfə prezidentliyi mümkün olsa, o, seçkilərdə Prezident İlham Əliyevi, mümkün olmasa isə Mehriban Əliyevanı dəstəkləyəcək. Mən də onun fikrini dəstəklədim. Sonra 2011-ci ildə görüşdük, Rüstəm müəllim mənə dedi ki, üçüncü qüvvə kimi ortaya çıxıb, Eldar Namazovun namizədliyini irəli sürəcəklər. Dedi, Eldarla məsləhətləşin, “El” Hərəkatını yaradın. Mən fikirləşirdim ki, hərəkatın sədri mən olacam. “El” təsis olunan gün Rüstəm müəllim mənə zəng edib dedi ki, icazə ver, sədr Eldar olsun. Mən də heç nə deməyib, razılaşdım. Daha sonra 11 rayonda “El”in təşkilatlarını yaratdım“.
Ə.İbrahimov mətbuat konfransında deyib ki, o, “milli şura”nın icra aparatının sədr müavini kimi qurumun bütün iclaslarında iştirak edib: “Avqustun 21-də Rüstəm müəllimin evində yığışdıq. Eldar Namazov orada məni təkliyə çəkib dedi ki, Əli Kərimli təklif edir ki, seçkilərdən sonra bizim namizədimiz keçməsə, ölkədə xaos yaradaq, mağazaları, maşınları yandıraq. Mən bu təklifə etiraz etdim. Sonra iclasda tələb elədim ki, Rüstəm müəllim Bakıya gəlsin. Eldar Namazov dedi ki, o, artıq aradan çıxıb. Mən də “El”dən ayrılıb, İlham Əliyevin namizədliyini dəstəklədiyimi bildirən bəyanat verəcəyimi bildirdim”. Ə.İbrahimovun sözlərinə görə, “El”in sədri kimi verdiyi ilk əmr Eldar Namazov və onun müavinlərinin hərəkatdan çıxarılması ilə bağlı olub: “Əgər onlar tutduqları mövqedən çəkilib, yenidən “El”ə gəlmək istəsələr, mən bu məsələyə baxaram”.
EL Hərəkatı, “milli şura” və onun sədrinin məkrli siyasəti haqqında dəfələrlə mətbuatda yazılar yazılıb, siyasətçilər bununla bağlı xüsusi analizlər də apararaq radikalların istənilən an milli mənafelərə zidd addımlar ata biləcəklərini bildiriblər. Amma onlarla bir düşərgədə olmuş səlahiyyətli bir şəxsin sonradan bu sadalanan, planlaşdırılmış, məkrli, dövlətçiliyə və xalqın maraqlarına zidd tədbirin hazırlandığını etiraf etməsi bu düşərgənin əsl üzünü ortaya çıxardı. Eldar Namazovun Əflan İbrahimova “İbrahimbəyov artıq yoxdur, aradan çıxıb” deməsi isə sözün həqiqi mənasında müxalifəti barmağına dolayan kinodramaturqla “haqq-hesabın” seçkilərdən sonra çəkiləcəyini də göstərir. İstənilən halda “demokratiya”dan dəm vurub xalqla bir olduqlarını deyən radikalların gizlin planlarının üzə çıxması bu düşərgə üçün öldürücü şok effekti yaratmalı idi.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info