Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Tarix: 03.10.2019 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda əvvəlcə “Tac Mahal” MTK-nın inşa etdiyi binanın sakinləri adından Ağalar Cavadov, Əsgər Hüseynov və Habil Məmmədovun “Gundemxeber.az” xəbər saytına qarşı şikayətinə baxılıb. Bəlli olub ki, bina sakinləri ilə MTK rəhbərliyi arasında yaranmış narazılığın ciddi əsasları var. Narazılıq yaradan səbəblərin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına müraciət edilib və rəy alınıb. “Gundemxeber.az” xəbər saytı isə mövzu ilə bağlı hazırlayıb yayımladığı materialda birtərəfli davranıb. MTK sədrinin özünə bəraət qazandıran açıqlamalarını yayımlasa da, qarşı tərəfin - sakinlərin mövqeyinə əhəmiyyət verməyib. Komissiya üzvləri bildiriblər ki, “Gundemxeber.az” xəbər saytının adı MŞ-nin “qara siyahısı”nda olduğundan Şikayətlər üzrə Komissiya bu barədə əlavə rəy vermir. Bu baxımdan şikayətçilərə müvafiq orqanlara müraciət ünvanlamaq tövsiyə olunub.
Komissiya üzvləri Ucar rayon sakini Mirsəfa Musayevin bir sıra onlayn media qurumlarına qarşı şikayətini də araşdırıb. Musayev Ağdaş rayonunun bir qrup sakinin adından imzalanan, Ağdaş RİH-dən şikayət motivli ərizəyə özünün adının şikayətçi qismində daxil edilməsindən narazıdır. Ucar rayon sakini olan şikayətçi ümumən Ağdaşla hər hansı bir bağlılığının olmadığını bildirib. KİV-lər isə dəqiqləşdirmə aparmadan onu da şikayətçi qismində təqdim ediblər.
İclasda iştirak edən KİV təmsilçiləri yol verilmiş yanlışın aradan qaldırılması üçün razılığa gəliblər. Bununla məsələ öz həllini tapıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Rusiyanın Zabaykal vilayətindən Azərbaycan Orudusuna dəstək
30.10.2020
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək
30.10.2020
Azərbaycanın Türkiyədəki Səfirliyi İzmirdəki zəlzələyə görə “Qaynar xətt“ yaratdı
30.10.2020
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
29.10.2020
Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11804

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info