“CinemaPlus”da “Joker” filminin təqdimatı olub
Tarix: 03.10.2019 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdandır gözlənilən “Joker” filminin təqdimatı keçirilib. “CinemaPlus” komandasının iki aydan çoxdur hazırlaşdığı şou öz bəhrəsini verib.
Təqdimat zamanı Sehrli Güzgü, Spiner 360, filmlə bağlı maraqlı dekorasiyalar, ləzzətli yeməklər, içkilər və musiqilər qonaqları məmnun edib.
Qonaqlar səmimi ortamda əylənən zaman qəfil dörd gözlənilməyən qonaq peyda olub. Bunlar “Joker”in dörd fərqli obrazı idi. Onlar əvvəlcə qonaqları əsir götürsə də, daha sonra hər kəsnən dostlaşıblar.
Qeyd edək ki, filmin rejisoru və ssenaristi Todd Fillipsdir. Baş rollarda Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları çəkilib.
“Joker”də bütün diqqətlər Xoakin Feniksın üzərindədir. Aktyor roluna hazırlaşmaq üçün möhtəşəm fiziki dəyişiklik etmək məcburiyyətində qalıb. O, xeyli çəki itirib. Bundan başqa, o, üç növ psixopat gülüşünü təqlid etməyi də öyrənib.
Ekran işində hadisələr 1980-ci ildə baş verir. Artur Flek Qothamda yaşayır və orada çalışır. Klounun ümidləri puç olur və o, məhv etməklə psixoloji rahatlıq axtarışındadır.
Tədbirin təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, “Light in Black”, “Made.az”, “Nasha” dekor şirkəti, “Green Hat”, “Magic Mirror”, “Taksim Kebap” restoranı, “Black Star Burger”, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info