Onlayn platformalar nifrət yayan paylaşımları məhkəmə qaydasında bütün dünya üzrə silməli olacaqlar
Tarix: 03.10.2019 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Avropa Ədalət Məhkəməsinin qərarına əsasən, “Facebook” gələcəkdə nifrət yayan paylaşımları, eləcə də hərfi və mənaca qanunazidd şərhləri bütün dünya üzrə silməyə məcbur edilə bilər. AZƏRTAC xəbər verir ki, Avstriya Yaşıllar Partiyasının keçmiş sədri Eva Qlavişniqin şikayəti əsasında məsələyə baxan məhkəmə belə bir silinmənin yalnız məhdud ərazi və ya ölkələrdə həyata keçirilməli olmadığı qənaətinə gəlib. Qərarda bildirilir ki, Avropa İttifaqının qanunvericiliyi belə bir qadağanın bütün dünyaya şamil edilməsini əngəlləmir. Qeyd edək ki, 2017-ci ildə E.Qlavişniqin “Facebook” sosial şəbəkəsindəki səhifələrin birində dərc olunmuş fotosunun yanında “Yaşıllar: Qaçqınlar üçün minimum gəlir vəsaiti saxlanılmalıdır” cümləsi dərc olunmuşdu. Həmin səhifədə keçmiş siyasətçinin ünvanına çoxlu sayda təhqiredici və nifrət yayan şərhlər yazılmışdı. Buna cavab olaraq Avropa Ədalət Məhkəməsinə müraciət edən E.Qlavişniq bu şərhlərin yalnız müəyyən ölkələr üzrə deyil, ümumilikdə bütün dünya üzrə silinməsinə nail olub.
Presedent rolunu oynayan bu qərar gələcəkdə onlayn platformalarda yayılan nifrət dolu paylaşım, şərh və yazıların silinməsi üçün əsas yarada bilər. Avropa Ədalət Məhkəməsinin qərarları hakimlər üçün icbari xarakter daşımasa da, praktikada presedent qərarlara istinadlar əksəriyyət təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
BMT Təhlükəsizlik Şurası PKK terrorçuları ilə bağlı narahatlığını bildirib
17.10.2019
Aİ-yə üzv dövlətlərin liderlәri Brüsseldә görüşәcәklәr
16.10.2019
ABŞ Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib
16.10.2019
Ərdoğan ABŞ nümayəndə heyətini məyus etdi
16.10.2019
Mövlud Çavuşoğlu TBMM-dә çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info