DİN Polis Akademiyasında vakant zabit vəzifələrinin komplektləşdirilməsi üçün müsabiqə elan edir
Tarix: 03.10.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasında vakant olan zabit vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə dövlət və hüquq nəzəriyyəsi, daxili işlər orqanlarında inzibati fəaliyyət, daxili işlər orqanlarında əməliyyat-axtarış fəaliyyəti, mülki hüquq, cinayət hüququ, cinayət prosesi və kriminalistika kafedralarının müəllimi və baş müəllimi (bu vəzifələrə dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirmiş mütəxəssislər), dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi (bu vəzifələrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini ingilis dili ixtisası üzrə bitirmiş mütəxəsisslər), hərbi kafedranın müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd hərbi təhsil müəssisələrini və ya dövlət ali təhsil müəssisələrini hərbi ixtisas istiqamətləri üzrə bitirmiş mütəxəsisslər), informasiya təhlükəsizliyi kafedrasının mühəndis-elektronçusu və mühəndis-proqramçısı (bu vəzifələrə dövlət ali təhsil müəssisələrinin avtomatika və idarəetmə elektron texnikası, kompüter riyaziyyatı, informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə magistr pilləsini bitirmiş mütəxəssislər) vəzifələri çıxarılıb.
Mühəndis-elektronçu vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, Java, C++ və Delphy proqlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri, cari təmiri və servis xidmətləri haqqında bilik və təcrübəyə malik olan mütəxəssislər, mühəndis-proqramçı vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, Java, C++ və Delphy proqlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri haqqında biliyə malik mütəxəssislər olmalıdırlar. Psixoloq vəzifələri üzrə müsabiqədə dövlət ali təhsil müəssisələrinin bakalavr və ya magistr pilləsini psixologiya və klinik psixologiya ixtisası üzrə bitirmiş mütəxəssislər, əyani fakültənin kurs rəisinin müavini və kurs rəisi vəzifələrinə dövlət ali təhsil müəssisələrini hüquqşünas, maarif istiqamətləri və hərbi ixtisas istiqamətləri üzrə bitirmiş daxili işlər orqanları əməkdaşları, elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektoru vəzifələrinə (magistratura və doktorantura üzrə), elmi katibi və baş inspektor-korrektoru vəzifələrinə dövlət ali təhsil müəssisələrini hüquqşünas, maarif, filologiya, humanitar və sosial ixtisas istiqamətləri üzrə bitirmiş mütəxəssislər iştirak edə bilərlər.
Müsabiqədə yaşı 35-dən yuxarı olmayan (elmi dərəcəyə malik mütəxəssislər yaşı 40-dək), həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün) və əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 1-dən noyabrın 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər. Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün), əmək kitabçasının surətini təqdim etməlidirlər. Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq. Daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti, DİN-in Tibb İdarəsinin Respublika Hospitalında, poliklinikalarında əməkdaşa və onun ailə üzvlərinə pulsuz tibbi xidmət, DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışın qiymətinin əməkdaşa 75 faizi, ailə üzvlərinə 50 faizi miqdarında imtiyaz, eləcə də xidmət zamanı şəhərdaxili ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə kimi əlavə güzəştlər verilir. Əlavə məlumat almaq üçün (012)-454-12-78, 590-97-52, 590-92-54 telefonları ilə əlaqə saxlamaq olar.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub
15.10.2019
10 məktəb direktoru işdən çıxarılıb
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info