“Azərbaycan abidələrinin dağıdılmasına Türk Şurasının üzvləri birgə mövqe sərgiləməlidir”
Tarix: 03.10.2019 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Oktyabrın 3-də Bakıda "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda konfrans keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, “beyin mərkəzləri”nin rəhbərləri iştirak ediblər (Trend).
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ 19-cu əsrin sonlarında yaranmışdı:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Şəfiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi-mədəniyyət nümunələrini dağıdırlar. Şuraya üzv dövlətlər bu məsələdə də birgə mövqe sərgiləməlidirlər. Çünki bu abidələr türk xalqlarının ortaq dəyərləridir.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Türk Şurası üzv dövlətlərin arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətli platformadır:
"Şura türk xalqlarının ortaq mədəniyyət və irsinin qorunmasında mühüm rol oynayır. Tarixi İpək Yolunun canlandırılması iqtisadi sahədə əməkdaşlığımızın prioritetlərindən birini təşkil edir".
Nazir müavini Naxçıvan müqaviləsinin türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə bundan sonra da böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Sonra BMTM ilə Türkiyə Xarici İşlər Nazirliyi, BMTM ilə Macarıstan Xarici əlaqələr və Ticarət İnstitutu və BMTM ilə Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.
Tədbir "Türk Şurasının institutlaşmasının qarşısında problemlər və perspektivlər" və "Üzv dövlətlər arasında əməkdaşlığın gələcək perspektivləri" mövzularında panel iclaslarla davam edib. Birinci paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun prezidenti Günay Əfəndiyeva Türk Şurasının fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, hazırda dünyada baş verən qeyri-sabitliyə qarşı birgə mübarizə aparılmalıdır. Türk xalqlarının qədim tarixi, böyük mədəni irsi var. Müasir keşməkeşli dünyada fikir, təcrübə mübadilələrinə ciddi ehtiyac var. Türk xalqları hər zaman sülhün və maariflənmənin tərəfdarı olublar.

“Erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizdə 32-dən çox terror aktı törədib”
Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” məruzəsinin müzakirələri olub. İclasda AŞPA-dakı nümayəndə heyətimizin üzvü, millət vəkili Sevinc Fətəliyeva deyib ki, bəşəriyyətin bəlasına çevrilən terrorizm son zamanlar daha da genişlənir: “Terror aktları insanların ölümünə, habelə əzab-əziyyət çəkməsinə, əmlaklarının yox edilməsinə, eləcə də mülki obyektlərin və yaşayış yerlərinin məhvinə səbəb olur. Bununla yanaşı, terrorizm qanunun aliliyinə, dövlətin milli təhlükəsizliyinə xələl gətirir, sosial sistemin nizamını pozaraq xalqların təhlükəsiz yaşaması üçün maneə yaradır. Dünyada bu dəhşətdən heç bir ölkə sığortalanmayıb”.
O vurğulayıb ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. 80-ci illərin sonundan erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizin nəqliyyat sistemində və digər ictimai obyektlərində 32-dən çox terror aktı törədiblər. Minlərlə günahsız insan bu hücumların qurbanları olub. ASALA qrupunun iştirakı ilə xüsusi qəddarlıqla günahsız insanlara qarşı törədilən Xocalı soyqırımı Ermənistanın milli səviyyədə terror siyasəti yürütməsinin ən bariz nümunəsidir. Xocalı qətliamında öldürülən 613 nəfər arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 487 mülki şəxs əlil olub, 1275 günahsız sakin girov götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
1994-cü il mart 19-da və iyulun 3-də Bakı metrosunda mülki şəxslərə qarşı terror aktları törədilib. Birinci hadisə nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İkinci terror aktı zamanı 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Sevinc Fətəliyeva bildirib ki, 2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoydu: "2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış “doldurulmuş” oyuncağın partlaması səbəb oldu və 2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperçisinin atəşi nəticəsində öldürüldü. Bu uşaqlar terrorun qurbanlarıdır. Artıq nə onları qoruya bilərik, nə yaşamaq hüquqlarını müdafiə edə bilərik. Çünki terror onların həyatına son qoyub”.
O qeyd edib ki, müzakirə olunan məruzə bizi terrorun qurbanını necə qorumaq barədə düşünməyə çağırır: "Bunun cavabı aydındır. Terror törətmək üçün səbəb ola bilməz! Xüsusilə bu amansızlıq uşaqlara qarşı yönələndə. Beynəlxalq birliyin səylərinin beynəlxalq hüquqi bazaya uyğunlaşdırılması, xüsusilə də Azərbaycanın əzəli torpaqlarından Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, eləcə də AŞPA qətnaməsinin icrası terror qurbanlarının müdafiəsinə və ümumilikdə terrorizmin qarşısının alınmasına töhfə verə bilər".

Ermənistan diplomatının Ukraynada separatçı fəaliyyəti və rəsmi Kiyevin sərt mövqeyi

Bu arada Ukrayna və Ermənistan arasında diplomatik qalmaqal pik həddinə çatıb. Azərbaycanın Ukrayna ilə strateji, səmimi dostluğa söykənən əməkdaşlığı Ermənistanı açıq-açığına qıcıqlanmağa başlayıb. Hətta vəziyyət o yerə çatıb ki, Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyan diplomatik sərhədləri aşaraq separatçı fəaliyyətlə məşğuldur. Görüşlərində, çıxışlarında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına çağırışlar edir. “Baş diplomat”ın Ermənistanın müstəqilliyinin ildönümü ilə bağlı keçirdiyi rəsmi qəbulda çıxışı zamanı Azərbaycanın tarixi torpaqlarına həyasızcasına sahib çıxmaq cəhdi heç də orada iştirak edən xarici ölkə səfirlərinin, Ukrayna rəsmilərinin xoşuna gəlməyib (Azərtac).
Ukraynanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”ə qarşı sərt bəyanatı, vətəndaşlarının aldanaraq Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməmələrinə dair çağırışı Ermənistanı bərk narahat edib. Ona görə də son on gündə Ermənistan mediasında bu mövzu ana xəbərə çevrilib. Baxmayaraq ki, Ukraynanın rəsmi dövlət qurumlarında çalışan ermənilər azlıq təşkil etmir, rəsmi Kiyevin Azərbaycana strateji müttəfiq yanaşması Ermənistanın başağrısına çevrilib. Ermənistan tərəfinin, xüsusilə separatçı təlimatlar alan səfir Tiqran Seyranyanın hərəkətləri Ukrayna Xarici İşlər Nazirliyinin ciddi narazılığına səbəb olub. Maraqlısı odur ki, Ukraynanın milli maraqlarını heç vaxt müdafiə etməyən Ermənistan rəsmi Kiyevdən nələrsə umur. Əldə etdiyimiz məlumata görə, rəsmi Yerevanın Ermənistanın Ukraynadakı səfirliyinin nəzdində hərbi attaşe aparatının açılmasına dair müraciətinə rəsmi Kiyev “yox” cavabı verib. Ukrayna Ermənistanla bu il nəzərdə tutulan siyasi məsləhətləşmələrdən də imtina edib.
Hazırda Ermənistanın Ukraynada səfirliyi ilə yanaşı, Odessada baş konsulluğu, Xarkov və Ternopol şəhərlərində isə fəxri konsulluqları fəaliyyət göstərir. Ermənistan tərəfi bu diplomatik nümayəndəlikləri vasitəsilə rəsmi şəkildə ölkənin Ukraynada lobbiçilik maraqlarını həyata keçirir. Bütün bunların fonunda rəsmi Kiyevin Azərbaycanla dostluq münasibətlərinin daha da inkişaf etməsi Paşinyan hakimiyyətinin xoşuna gəlmir. Ona görə də Paşinyan dövrünün səfirlərinə, o cümlədən Ukraynadakı elçiliyinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanıdılması kimi xüsusi göstərişlər verilib. Bu baxımdan erməni mövqelərinin Ukraynada güclənməsinin qarşısını almaq üçün Azərbaycan resurslarını daha da möhkəmləndirməlidir.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
3 Vasim Məmmədəliyev vəfat edib
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info