Ukraynalı tələbələr arasında Azərbaycanla bağlı müsabiqə elan olunub
Tarix: 04.10.2019 | Saat: 11:10:00 | E-mail | Çapa göndər



“İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Ukraynanın Tavrida Milli Universiteti və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün “Odlar Yurdu - Azərbaycan” adlı təqdimat keçirilib. AZƏRTAC xəbər verir ki, 100-dən çox ukraynalı tələbənin iştirak etdiyi təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, müasir inkişaf modeli haqqında məlumatlar verilib, ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.

İctimai Birliyin sədri Fərid Şahbazlı tələbələrlə görüşdə Azərbaycanla Ukrayna arasında tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkərək, iki ölkənin bütün beynəlxalq platformalarda bir-birini dəstəklədiyini söyləyib. O, Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edərək, Azərbaycanla Ukrayna arasında gənclər və tələbələrlə iş sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib.
İki universitetin tələbələri arasında Azərbaycanla bağlı videomüsabiqə elan olunub. Ukrayna dilində ölkəmizlə bağlı çəkiləcək ən maraqlı videosüjetin müəlliflərinin Azərbaycana səfəri təşkil olunacaq.
Sonda Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini Daria Likarçuka Azərbaycan-Ukrayna tarixi dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə fəxri diplom təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info