Aİİ-də yeni dərsliklərin hazırlanması ilə bağlı iclas keçirilib
Tarix: 04.10.2019 | Saat: 11:56:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni dərsliklərin hazırlanması ilə bağlı iclas keçirilib. İnstitut rəhbərliyi, müəllim və əməkdaşlarının iştirak etdikləri tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Aİİ rektoru Ceyhun Məmmədov iclasda çıxış edərək bildirib ki, müasir dövrdə cəmiyyətimizin davamlı inkişafında təhsilin və elmin rolu böyükdür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın modernləşdirilməsi, təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. C.Məmmədov vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da din təhsili sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Rektor qarşıda duran vəzifələr haqqında danışarkən, Aİİ-nin müəllimləri tərəfindən hazırlanan dərsliklərin nəşrinin önəmindən bəhs edib. O, qeyd edib ki, tədris olunan fənlər üzrə dərsliklərin bir neçəsi artıq hazırdır və pilot layihə olaraq tələbələrə təqdim olunub. Bu vəsaitlərin müvafiq sahə mütəxəssisləri tərəfindən hazırlanmasına xüsusi diqqət edildiyini bildirən rektor vurğulayıb ki, kitablarda Azərbaycan həqiqətləri, tolerant və multikultural mühit nəzərə alınmalı, dil normalarına riayət edilməli, ifadələr düzgün seçilməlidir.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov dərs vəsaitlərinin yazılması zamanı diqqət ediləcək məsələlərə toxunub. Qeyd edib ki, tədrisin sistemli və şəffaf olması üçün dərsliklərin nəşr edilməsi vacibdir. Vurğulayıb ki, dərslik proqrama uyğun yazılmalı, mövzuları tam əhatə etməlidir. Eyni zamanda, sadə və elmi üslubda qələmə alınmalı, məzhəblərüstü yanaşmaya xüsusi diqqət yetirilməli, dərslik akademik tədqiqatdan fərqlənməlidir.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov tələbələrin şəxsi və elmi inkişafına yönələn işlərin görülməsi ilə bağlı məsələlərə toxunub. Bildirib ki, hər bir müəllim və əməkdaş çalışmalıdı ki, tələbələrimizə dərslərində, gələcək karyeralarının qurulmasında, dünyagörüşünün zənginləşdirilməsində köməklik göstərsin, ümumi inkişafına töhfə versin.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub
15.10.2019
10 məktəb direktoru işdən çıxarılıb
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info